Mərkəzi Bankın zərəri kəskin azalıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2022-ci ili 63 milyon 955 min manat zərər ilə başa vurub. Mərkəzi Bank 2021-ci ili 162 milyon 746 min manat zərər ilə bağlamışdı. Beləliklə, ötən il Mərkəzi Bankın zərəri 60,7% və ya 98 milyon 791 min manat azalıb.
Ötən il Mərkəzi Bankın il üzrə cəmi məcmu zərəri isə 195 milyon 246 min manat olub (2021-ci ildə 201 milyon 724 min manat).
Marja.az bu barədə 31 dekabr 2022-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankının Konsolidasiya Edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir.
Keçən il Mərkəzi Bankın faiz gəlirləri 221 milyon 20 min manat təşkil edib (2021-ci ildə 131 milyon 227 min manat). Ötən il Mərkəzi Bank 32 milyon 421 min manat haqq və komissiya gəlirləri də əldə edib (2021-ci ildə 20 milyon 488 min manat).
2022-ci ildə banklar bankının cəmi əməliyyat gəlirləri 415 milyon 39 min manat, cəmi əməliyyat xərcləri 478 milyon 994 min manat təşkil edib.
2022-ci ildə Mərkəzi Bankın inzibati və sair əməliyyat xərcləri 35 milyon 633 min manat və ya 44,8% artaraq 115 milyon 206 min manat təşkil edib. 2021-ci ildə Mərkəzi Bankın inzibati və sair əməliyyat xərcləri 79 milyon 573 min manat təşkil etmişdi.
31 dekabr 2022-ci il tarixində Mərkəzi Bank 30 milyard 861 milyon 987 min manat cəmi aktivlərə malik olub ki. bu da 2021-ci ilin sonu ilə müqayisədə 16,8% çoxdur. 2021-ci ilin sonunda Mərkəzi Bankın cəmi aktivləri 26 milyard 410 milyon 568 min manat təşkil etmişdi.
Ötən ilin sonunda cəmi aktivlərin 22 milyard 19 milyon 990 min manatını borc qiymətli kağızları təşkil edib.
31 dekabr 2022-ci il tarixində Mərkəzi Bank 29 milyard 881 milyon 196 min manat cəmi öhdəliklərə malik olub (2021-ci ilin sonunda 25 milyard 240 milyon 380 min manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
16 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
28 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)
.jpg)





.jpg)







