Türkiyədə Dollar kəskin bahalaşdı
Mərkəzi Bankının faiz qərarından əvvəl 23.49-a kimi düşən dollar/TL məzənnəsi qərardan sonra 24.60-ı keçərək rekord qırıb. Qərardan əvvəl 25,71-ə kimi düşən Avro/TL, qərardan sonra 27-ni keçib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Gaye Erkanın rəhbərliyi altında keçirilən ilk iclasda uçot dərəcəsi 6,50 faiz bənd artırılaraq 8,50%-dən 15%-ə yüksəldilib.
Marja.az xəbər verir ki, faiz qərarından sonra valyuta bazarında kəskin hərəkətlər müşahidə olunur. Dollar Türk lirəsi qarşısında 4,8% dəyər qazanaraq 24,62 səviyyəsini keçərək yeni rekord həddi görüb. Avro isə 27,05 lirə səviyyəsini keçib.
Qərardan sonra Borsa İstanbulda BIST 100 indeksində artım 4%-ə yaxınlaşıb.
BAZAR QƏRARI BƏYƏNMƏDİ
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8,50%-dən 15%-ə qaldırıb. Bazarlar Mərkəzi Bnkın uçot dərəcəsini 25%-ə yaldıracağını gözləyirdi. Mərkəzi Bank uçot dərəcəsini 15%-ə yüksəltdiyi üçün bazarlar məyus olub. Artım bazar gözləntilərindən aşağı olsa da, faiz dərəcələrində mərhələli artımın davam edəcəyi mesajı verilib. Bank sonuncu dəfə 2021-ci ilin martında faiz dərəcələrini artırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























