Maliyyə Nazirliyində BVF-nin yeni missiya rəhbəri qəbul edilib
İyunun 19-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni təyin olunan missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə cari ilin oktyabr ayında Mərakeşdə keçiriləcək BVF-nin və Dünya Bankının illik toplantılarından sonra baş tutacaq Fondun Azərbaycan üzrə IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri, o cümlədən bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillər üzrə mümkün istiqamətlər diqqət mərkəzində olub.
Görüş zamanı 2022-ci ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icra vəziyyəti, habelə 2023-cü il və ortamüddətli dövr üçün gözləntilər, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, sosial-iqtisadi sahədə yeni təşəbbüslər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artması, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar üzrə geniş fikir mübadiləsi aparılıb.
Samir Şərifov xanım Anna Bordona işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın dayanıqlı məskunlaşması üçün aparılan sürətli bərpa və yenidənqurma işləri barədə məlumat verib, böyük maliyyə resursları tələb edən Böyük Qayıdış proqramının ölkənin daxili maliyyə resursları hesabına həyata keçirildiyini vurğulayıb.
Görüşdə Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri Fond tərəfindən ölkəmizin əsas iqtisadi qurumlarının texniki dəstəyə olan ehtiyaclarının Fondun yeni fəaliyyətə başlamış Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi və ya birbaşa BVF-nin mərkəzi ofisi tərəfindən qarşılanmasına hər zaman hazır olduqlarını vurğulayıb, habelə Fondun Azərbaycanda ofisinin bağlanması ilə əlaqədar missiya səfərlərinin təşkilati məsələlərinə dair təkliflərini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















