Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2 və ya 6-da keçirilə bilər.
Məlumatı “CNNTurk” yayıb.
Ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.
İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.
Məlumata görə, R.T.Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. “Cümhiuriyyət İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi Cümhuriyyət Xalq Parsiyasının sədri, “Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlu 47,82 faiz səs toplayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







