"Ötən illə müqayisədə məhsul bol olacaq"
Lənkəranın bir çox kəndində açıq sahələrdə çiyələk əkininə üstünlük verilir. Fermerlərin sözlərinə görə, açıq sahədə əkilən çiyələk iqlimə tam uyğundur. Mayın əvvəlindən ilk yığıma başlanılıb. Ötən illə müqayisədə məhsul bol olacaq.
Lənkəranda ilbəil çiyələyin əkin sahələri genişləndirilir. Cənub rayonlarında daha çox çiyələyin “Albion”, “Murano”, “Kler” növləri yetişdirilir. Bu növlər həm yerli iqlimə tez uyğunlaşır, həm də məhsuldarlığı ilə fərqlənir.
Fermer Şahin Mirzəyev rayonun Xarxatan kəndində 15 hektar ərazidə çiyələk sahəsi salıb. O, çiyələyin “Murano” və “Kler” sortlarının əkininə üstünlük verib: “Açıq sahədə məhsul yığımına başlamışıq. Çox gözəl bar verib. Əkdiyimiz çiyələklər həm dadına, həm də keyfiyyətinə görə seçilir. Uzaq məsafəyə göndərmək üçün əlverişlidir və dözümlüdür. Dövlət subsidiyası ilə götürdüyümüz texnikalardan istifadə edirik. Gələcəkdə məhsuldarlığı artırmaq məqsədilə daha geniş ərazilərdə əkin aparmaq fikrimiz var. Məhsullarımızı MDB ölkələrinə, o cümlədən Rusiyaya ixrac etməyi düşünürük”.
Çiyələk həssas bitki olduğundan, yaxşı qulluq tələb edir. Aqrotexniki qaydalara düzgün əməl etməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Təsərrüfatın baş aqronomu Mikayıl Sadıqov deyir ki, sentyabrda əkilən çiyələk şitilləri may ayında məhsul verməyə başlayır. Yaxşı qulluq göstərilən sahənin hər hektarından 70 ton məhsul götürmək mümkündür: “Xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizənin aparılması yüksək məhsuldarlıq üçün əsas şərtdir. Çiyələyi sentyabr ayında əkmişik, artıq ilkin yığıma başlamışıq. Ümumiyyətlə, təsərrüfatda bir hektardan 50-60 ton məhsul gözlənilir”.
Hazırda kredit və dövlət subsidiyası hesabına çiyələk sahələri genişləndirilir. Ötən il əkilən şitillərin 4-5 aylıq qulluqdan sonra hektara 50-60 ton məhsul verəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu il Lənkəranda 200 hektara yaxın sahədə çiyələk əkilib. Gələn il bu sahələrin artırılması nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







