Neft, borc tavanı barədə nikbinlik ilə bahalaşır
Neft, ABŞ-ın borc defoltundan yayına biləcəyinə dair nikbinlik ilə bahalaşır.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 14:17-yə olan məlumata görə, Brent nefti 1,2 faiz dəyər qazanaraq 76,77 dollara yüksəlib.
Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, tərəflər borc tavanı məsələsində bu həftənin sonuna kimi prinsipial razılığa gələ bilərlər. Həmçinin bəzi Asiya neft emalı zavodları tərəfindən xam neft alışı bazarda əhval-ruhiyyəsini artırıb.
Çinin ləng iqtisadi bərpası və FED-in faizlərini artırması proqnozlara mənfi təsir göstərdiyi üçün xam neft bu il 10 faiz ucuzlaşıb. Fed rəsmiləri bazara müəyyən qeyri-müəyyənlik əlavə edirlər. Növbəti iclaslarında faiz dərəcələrini artırmaq və ya fasilə verməklə bağlı fikir ayrılığı mövcuddur.
Analitiklər bildirirlər ki, borc tavanı danışıqları və ölkənin strateji neft ehtiyatlarını artırmaq planı ilə bağlı nikbinlik qiymətlərə dəstək verir.
Kanadanın ən çox enerji istehsal edən ştatı olan Albertada meşə yanğınları davam edir, bu səbəbdən ərazidə neft hasilatı dayandırılıb. "Rystad Energy", yanğın səbəbindən gündəlik təxminən 240.000 barel neft hasilatının dayandırıldığını təxmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)






.jpg)






