Wolt aylıq 5,49 manata limitsiz sayda pulsuz çatdırılma təklif edir - YENİ XİDMƏT
Wolt+ ilə siz aylıq cəmi 5,49 manat ödəniş edərək limitsiz sayda pulsuz çatdırılma ilə sifariş edib, qənaət edə bilərsiniz.Bu gündən etibarən Wolt Azərbaycanda abunəlik əsasında çatdırılma xidmətini təklif edən ilk şirkət olacaq.
Marja xəbər verir ki, bu abunəlik ilə istifadəçilər ödənişsiz çatdırılma haqqı ilə yüzlərlə restoran və mağazalardan sifariş vermək imkanı əldə edəcəklər. Xidmət artıq əlçatandır və ilk 30 gün ərzində bütün istifadəçilər tərəfindən ödənişsiz sınaqdan keçirilə bilər.
“Wolt Azərbaycan”-ın baş meneceri Tofiq Süleymanovun sözlərinə görə, Wolt+ xidmətini izah etməyin ən asan yolu onu Netflix ilə müqayisə etməkdir. “Qısaca olaraq Wolt+ istifadəçiləri Netflixdəki kimi aylıq ödəniş ödəyərək, abunəliyə daxil olan restoranlardan və ya mağazalardan heç bir çatdırılma haqqı olmadan sifariş verə bilərlər”.
Tofiq Süleymanov qeyd edib ki, koronavirus pandemiyası insanların vərdişlərini dəyişib və onların həyatını asanlaşdıran xidmətləri populyarlaşdırıb. “Koronavirus məhdudiyyətləri aradan qaldırılsa da, insanlar həyatlarını asanlaşdıran vərdişlərindən imtina etmək istəmirlər. Yemək və ya mağazalardan çatdırılma bir çox insan üçün normaya çevrilsə də, ödənişsiz olması bir çoxlarının istəyi idi. Wolt+ ilə istifadəçilər ayda 1 dəfə abunəlik haqqı ödəyərək, seçilmiş məkanlardan olan sifarişlərdə çatdırılma haqqı ödənişlərindən azad olunacaqlar.”
Wolt+ nədir?
Wolt+ xidməti ilə istifadəçi aylıq ödəniş ödəməklə Wolt+ abunəliyinə qoşulmuş restoran və ya mağazadan verdiyi hər sifariş üçün ödənişsiz çatdırılma haqqı əldə edir. Ayda cəmi 5.49 AZN ödəyərək, bütün istifadəçilər pulsuz çatdırılmadan yararlana bilər. Əgər siz ay ərzində 2 dəfədən çox sifariş edirsinizsə, qənaət etdiyiniz məbləğ aylıq ödənişdən daha çox olur.
Bu necə işləyir?
Wolt+ abunəliyinə qoşulduqdan sonra istifadəçilər Wolt+ daxil olan məkanları Wolt tətbiqində kiçik W+ loqosu ilə tanıya bilərlər. Bu məkanlar istifadəçinin ətrafında olan 4 km radiusu əhatə edir və ödənişsiz çatdırılma abunəliyinin bir hissəsidir. İstifadəçi öz sifarişini əvvəlki kimi yerləşdirir, lakin ödəniş mərhələsinə çatdıqda çatdırılma haqqı əlavə olunmur. İstifadəçi istənilən vaxt hesaba daxil olaraq, Wolt+ bölməsindən abunəliyi ləğv edə bilər.
Wolt+ abunəliyi hal-hazırda Bakı şəhərində aktivdir və 8 AZN-dən başlayan minimal sifariş məbləği ilə keçərlidir.
Ətraflı: https://wolt.com/az/discovery
Wolt şirkəti haqqında
Wolt restoran və mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. On minlərlə restoran və mağaza partnyorları ilə 25 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstərir. Wolt şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 9 noyabr 2021-ci ildə Wolt və Doordash şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Bu gün DoorDash 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendindən istifadə edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























