Ford avtomobillərinin satışı düşüb - 1,3 mindən çox işçisini ixtisar edəcək
ABŞ şirkəti Ford Çində 1,3 mindən çox işçisini ixtisar edəcək. İxtisara səbəb avtomobil satışının aşağı düşməsidir.Avtomobil istehsalçısı Ford Çində 1,3 mindən çox işçisini ixtisar edəcək.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg məlumat yayıb.
Məlumata görə, işçilərin ixtisarına səbəb dünyanın ən böyük avtomobil bazarı sayılan Çində “Ford” markalı avtomobillərin satışının azalmasıdır. Amerika avtomobil istehsalçısının məhsullarının Çində satışları son on ildə ilk dəfə olaraq 2022-ci ildə 500 min ədəddən aşağı düşüb, 2016-cı ildə şirkət Çinə 1,27 milyondan çox avtomobil tədarük etmiş və onun bazar payı 4,6% təşkil etmişdi.
Ford-un sözçüsü agentliyə bildirib: "Bizim xərclərimiz rəqabətə davamlı deyil və biz həm daxildə, həm də tərəfdaşlarımızla birlikdə bütün sahələrdə xərcləri azaltmağa çalışırıq".
O, ixtisarın "Çində daha sağlam və daha davamlı bir iş qurmaq üçün" zəruri olduğunu söyləyib.
Bu gün şirkətdə dünya üzrə təxminən 173 min işçi çalışır.
Agentlik aydınlaşdırır ki, çinli alıcılar getdikcə Amerikanın Tesla şirkətinin və BYD kimi yerli avtomobil istehsalçılarının elektrik avtomobillərinə üstünlük verməyə başlayıblar. Daha əvvəl Ford nümayəndələri bildirmişdilər ki, konsern 2026-cı ilə qədər elektromobillərin istehsalına 50 milyard dollar sərmayə qoymaq niyyətindədir. Hazırda Fordun model sırasına yalnız bir elektrik avtomobili daxildir
Fevral ayında Ford mənfəətin azalması və elektrikli avtomobillərə keçid fonunda Avropada 3800 iş yerini ixtisar etmək niyyətində olduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
27 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)

















.jpg)
