SOCAR AQŞ “API Spec Q2” İkinci Nəşr Sertifikatını əldə edir
(®) SOCAR AQŞ məmnuniyyət hissi ilə bildirir ki, şirkətin İnteqrə Olunmuş İdarəetmə Sistemi Neft və Qaz üzrə Kompleks Qazma və Quyu Xidmətlərinin Təmin Edilməsi sahəsində “API Spec Q2” İkinci Nəşr Sertifikatının tələblərinə cavab verdiyinə görə, Amerika Neft İnstitutu tərəfindən təkrar sertifikatlaşdırmadan uğurla keçmişdir.
“API Spec Q2” İkinci Nəşr Sertifikatı neft və qaz təchizatı zəncirlərində ən yüksək standartların tətbiqini asanlaşdırmaq üçün təhlükəsizlik, keyfiyyət, ətraf mühitin mühafizəsi və davamlılıq tələblərini daha da artırır. SOCAR AQŞ tərəfindən təmin edilən xidmətlər dünya səviyyəli API spesifikasiyalarına cavab verir, neft və qaz sənayesinin üstün təcrübəsinə təminat verir, həmçinin dəniz platformalarında aparılan əməliyyatlarının təhlükəsizliyini, ətraf mühitə nəzarəti və proseslərin bütövlüyünü davamlı olaraq təkmilləşdirir.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev: "Bu sertifikat ona görə vacibdir ki, “API Spec Q2” bizim fəaliyyət göstərdiyimiz sahədə ən yüksək qlobal standartlardan biridir və buna kollektiv səylərimiz sayəsində nail olduğumuz üçün qürur hissi duyuram. Fürsətdən istifadə edərək, KSƏTTƏMM komandasına və digər işçilərə audit prosesinə verdikləri böyük töhfə və dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm."
“SOCAR AQŞ özünün İnteqrə Olunmuş İdarəetmə Sisteminin dünya standartlarına cavab verdiyini və “API” sertifikatlı mütəxəssislər tərəfindən hərtərəfli sınaqdan keçirildiyini nümayiş etdirir. SOCAR AQŞ-nin İnteqrə Olunmuş İdarəetmə Sistemi ciddi tələblərə cavab verir və “API Q2” spesifikasiyası sənaye məhsullarının və əməliyyatlarının təhlükəsizliyini və uyğunluğunu daha da artıran əsas keyfiyyət idarəetmə standartıdır”, deyə Samir Mollayev əlavə edib.
Biz “API Spec Q2” sertifikatının fəaliyyət göstərdiyimiz sahə üçün faydalı olduğundan tam əminik və aparıcı enerji xidməti təminatçılarından biri olaraq müştərilərimizə yüksək keyfiyyətli xidmətlər göstərməyə davam edəcəyik.
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Nobel Energy və Absheron Qazma MMC (AQS) arasında yaradılmış kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi üzrə şirkətdir.
Şirkət qabaqcıl qazma texnologiyalarını təmin etməklə və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sahəsində uzunmüddətli təcrübəyə malikdir. SOCAR AQŞ milli qazma sənayesində innovativ yanaşmaların tətbiqi üzrə öncüldür və təhlükəsiz və etibarlı həllərin təqdim edilməsində sınaqdan keçmiş mükəmməl təcrübəyə malikdir.
SOCAR AQŞ 2009-cu ildən bəri Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının üzvüdür və bütün beynəlxalq standartlara tam cavab verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"


















.jpg)


