Sərfəli əmanət şərtləri olan "Muğanbank"da əhalinin depozitləri 400 milyon manata yaxın məbləğdə qalmaqdadır
"Muğanbank" ASC 2023-cü ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart dövründə "Muğanbank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 18 milyon 277 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 127 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 150 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 47 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığından ilk rübü 103 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-mart dövründə "Muğanbank" ASC-nin cəmi əməliyyat gəlirləri 20 milyon 71 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 221 min maant, əməliyyat mənfəəti 4 milyon 850 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 8334 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığından ilk rübü 3 milyon 16 min manat xalis mənfəət ilə bağlamışdı. Gəlirlərdə azalma əsasən xarici valyutadan gəlirin (məzənnə dəyişməsi daxil olmaqla) düşməsilə bağlıdır.
"Muğanbank"ın faiz gəlirləri 2023-cü ilin 1-ci rübündə ötən ilin eyni rübü ilə müqayisədə 1 milyon 679 min manat və ya 18,6% artıb. Müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 1 milyon 230 min manat artaraq 9 milyon 759 min manat təşkil edib.
Diqqəti cəlb edən "Muğanbank" mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsaitin 39 dəfə azalmasıdır. Bu azalma Bankın kredit riskinin azaldığına işarə edir. Ehtiyata ayrılan vəsaitin artması bankın kredit riskinin artdığına, azalması isə kredit riskinin azaldığına işarədir. Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi nəticəsində zərərin yaranması riskidir. Verilən borcların qarşılığında ehtiyatın yaradılmasında məqsəd, borc qaytarılmadığı halda zərərin qarşılanmasıdır.
CƏMİ AKTİVLƏRİ 700 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2023-cü il tarixində "Muğanbank" ASC 739 milyon 823 min maant cəmi aktivlərə (o cümlədən 423 milyon 42 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər)) 428 milyon 19 min maant depozit portfelinə malik olub. İlk rübdə əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsinə baxmayaraq ilk rübdə "Muğanbank"ın depozit portfelini qoruyub saxlayıb və 31 mart 2023-cü il tarixində 394 milyon 426 min manat təşkil edib. "Muğanbank" ən yüksək faizlər ilə əmanət qəbul edən banklardan biridir.
31 Mart 2023-cü il tarixində "Muğanbank" 88 milyon 684 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 saat sonra
-
- 37 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















