"100 min pul qoymuşdum, əşyaları çölə atıb bizi qovdular"
İş adamı, “ELLLIS CATERING” MMC-nin təsisçisi Cəmil Tağıyev 2021-ci ildə icarəyə götürdüyü obyektin qanunusuz olaraq başqa şəxsin istifadəsinə verildiyini bildirir.
C.Tağıyev 2020-ci ildə şirkət qurduğunu və bir il sonra şəhərin mərkəzində obyekt icarəyə götürdüyünü bildirib.
“2021-ci ildə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 12 ünvanında yerləşən Şahmarova Hicran Ağacavad qızına məxsus olan qeyri-yaşayış sahəsini müqavilə əsasında 4 il müddətinə icarəyə götürdüm. Həmin obyektdə restoran açmaq məqsədilə oranı əsaslı təmir etdim və müasir avadanlıqlarla təmin etdim. Ümumilikdə təqribən 100 min manata yaxın vəsait sərmayə qoymuşam ki, uzunmüddətli prespektivdə həm qoyulmuş pulu çıxardım, həm də müəyyən gəlir əldə edim”.
C.Tağıyev bildirib ki, H.Şahmarova bağladığı müqavilənin müddəti 4 illik olsa da, obyekt ona təhvil verildikdən 6 ay sonra həmin yer sahibi tərəfindən başqa şəxslərə icarəyə verilib və onu obyektdən zorla çıxarıblar: ““ELLLIS CATERING” MMC-yə məxsus olan əşyaları çölə atıb işçilərimi qovublar. Hadisə nəticəsində hətta mənə məxsus mobil telefonumu da sındırıblar. Hadisə ilə bağlı polisə müraciət etsəm də, bunun mülki xarakterli məsələ olduğu üçün məhkəməyə müraciət etməli olduğumu bildirdilər. Bundan sonra məhkəməyə müraciət etdim. 2 il davam edən məhkəmə prosesinin sonunda Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2022 nömrəli, 27.05.2022-ci il tarixli qətnaməsinə əsasən iddiam təmin edildi və məhkəmə cavabdehin üzərinə öhdəlik qoydu ki, mübahisə predmeti olan obyekti mənim istifadəmə qaytarsın və bununla bağlı heç bir maneələr yaratmasın”.
Şikayətçi Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamənin icrasının Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə (icra məmuru Səbuhi Əhmədov) həvalə edildiyini, lakin qurumun icranı həyata keçirmədiyini deyib: “Həmin qətnamə bu günə qədər sadəcə olaraq bir kağız parçası kimi qalıb, məhkəmə qərarı bu günədək icra edilməyib. Dəfələrlə edilən müraciətlərə baxmayaraq Səbail Rayon İcra Şöbəsi, başda rəis Anar Qocayev olmaqla həmin icra sənədinin icrası üçün heç bir tədbir görməyib. Məhkəmənin göstərişinin yerinə yetirilməməsi “ELLLIS CATERING” MMC-nin ədalətli məhkəmə araşdırması hüququnun, o cümlədən iqtisadi fəaliyyət azadlığının kobud surətdə pozulmasına gətirib çıxarıb. Həmçinin Hicran Şahmarova qətnamənin icrasından qərəzli olaraq yayınır. Əgər sahibkar investisiya yatırıb fəaliyyət göstərir, dövlət büdcəsinə vergi ödəyirsə, lakin dövlət sahibkarın haqlı mənafeyini müdafiə edə bilmirsə, o zaman bu məhkəmə institutu nəyə lazımdır?! Nəyə lazımdır notarial qaydada müqavilə bağlamaq, nəyə lazımdır mediasiyaya, sonra məhkəməyə müraciət etmək onlar üçün rüsumlar ödəmək?!”
Şikayətdə adı çəkilən Hicran Şahmarovanın ailəsindən bildirilib ki, Cəmil Tağıyevin iddiaları həqiqəti əks etdirmir: "Biz Bakı Kommeriya Məhkəməsinin qərarından şikayət vermişik. Əslində onlar bizə 300 min manatadək ziyan vurub. Həmin şəxs obyekti icarəyə götürəndən sonra özünə şəriklər götürüb və onlardan pul alıb. İndi pulu qaytara bilmədiyi üçün bizə qarşı iddialar irəli sürür".
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
57 d. əvvəl
SOCAR və “TotalEnergies” “Abşeron” qaz-kondensat yatağı üzrə görülən işləri nəzərdən keçiriblər
-
-
1 saat əvvəl
Zukerberq “Milyarderlərin bunker”ində rekord qiymətə - 170 milyon dollara malikanə alıb
-
1 saat əvvəl
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyəti dayandırılır
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
Martın 4-də gözlənilən hava şəraiti
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı



























