Rabitəbank Şəhid və Qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə etdi
(®) Rabitəbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə ianə etmişdir.
Bankın yaydığı məlumatda bildirilir ki, hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən “Rabitəbank” bu dəfə Biləsuvar şəhərində təhsil alan Şəhid və Qazi ailələrinin övladlarını öz diqqət və qayğısı ilə sevindirib.
Belə ki, “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin təhsil kompleksini ziyarət edərək, orada təhsil alan Şəhid və Qazi ailələrinin övladları ilə görüş keçirib.
Tədbirdə Orhan Gültekin çıxışında bildirib ki, “Rabitəbank rəhbərliyi daima torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar məhz bu gün burada olmağımızın əsas səbəbidə budur və bizə əmanət edilən, gələcəyimiz olan övladlarımızın təhsili ilə yaxından maraqlanmaq və dəstək olmaqdır.”
“Təhsil kompleksimiz yarandığı gündən etibarən keyfiyyətli təhsil, şagirdlərə milli və bəşəri dəyərləri aşılamaq, müstəqil həyata hazır intellektuallar yetişdirmək və s kimi dəyərləri əsas götürüb. Bunun fonunda kompleksdə şagirdlər üçün durmadan yeni imkanlar yaradılır. Bu yolda bizə Rabitəbank hər zaman öz dəstəyini göstərib” - deyə, kompleksin rəhbəri Aqşin Bağırov bildirib.
Qeyd edək ki, cari tədris ilində Kompleksdə 27 Şəhid övladları, 15 nəfər isə Azərbaycan Respublikası Ərazi Bütövlüyü Uğrunda Əlil olan şəxslərin övladları Bağça-Hazırlıq qrupu və I-XI sinifləri üzrə təhsil alır.
Bu, Rabitəbankın sözügedən istiqamətdə atdığı ilk addım deyil. Yarandığı gündən etibarən, müxtəlif dövrlərdə təhsil kompleksinə ianələr edərək, buranın şagirdlərinə qayğı göstərib, öz dəstəyini əsirgəməmişdir.
Qeyd edilib ki, Rabitəbank bundan öncə Bakının Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbi ziyarət etmiş, təhsilin inkişafı yönündə məktəblilərlə görüş keçirmiş, məktəblərdə təhsilinin inkişafına dəstək göstərərək, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə etmişdir.
Bank eləcə də, müxtəlif dövrlərdə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna və YAŞAT fonduna ianələr köçürmüşdür.
Bank tərəfindən illərdir həyata keçirilən “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində 1-ci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş Qazi və Şəhid ailələri ilə görüş keçirilib və onlara müxtəlif formalarda yardımlar edilib. Bundan əlavə, bank 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı və geniş ictimaiyyətə çatdırdığı “Ata vəsiyyəti” adlanan videoçarxında 1-ci Qarabağ müharibəsində Qazi olmuş ataların övladlarını necə vətənpərvər ruhda böyütməsi və onların Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olması üçün göstərdikləri şücaət tərənnüm olunub.
“Rabitəbank” bu addımın timsalında öz ənənələrinə sadiq qalaraq, bu cür təşəbbüskar aksiyalarını davam etdirəcək.
Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















