Bu gün Türkiyə üçün tarixi gündür - ilk dəfə quruya çatacaq və yanacaq
Türkiyənin ehtiyaclarının 40%-nin qarşılanması hədəflənir.Aprelin 20-də Zonguldak Filyosda Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mərasim keçiriləcək.
Marja xəbər verir ki, Qara dəniz qazı ilk dəfə quruya çatacaq və yandırılacaq.
Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini, 170 kilometr dənizdən vətəndaşlara çatdırmaq üçün işlər sürətlə davam edir.
Türkiyə Neft Şirkəti (TPAO) tərəfindən həyata keçirilən Sakarya Qaz Yataqlarının İnkişaf etdirilməsi Layihəsi çərçivəsində Qara dəniz bölgəsində aşkar edilən 710 milyard kubmetrlik nəhəng təbii qaz ehtiyatlarının 2020-2022-ci illər ərzində şəbəkəyə ötürülməsi üçün xeyli işlər görülüb. Quruda 8 min, dənizdə isə 2 mindən çox insanın çalışdığı layihənin birinci mərhələsində hasil edilən təbii qaz aprelin 20-də keçiriləcək “Qara dəniz qazının istismara verilməsi mərasimi” ilə quruya çatdırılacaq.
Təbii qazın çıxarılması prosesi mərhələlərlə davam edəcək. Birinci mərhələdə hasil edilən qazın mayın birinci yarısında təsərrüfatlara verilməsi nəzərdə tutulur. Gündəlik qaz hasilatı Faza-1-də 10 milyon kubmetr, Faza-2-də 40 milyon kubmetr, Faza-3-də 60 milyon kubmetr təşkil edəcək.
Faza-1 çərçivəsində planlaşdırılan 10 quyudan 5-i aprelin 20-də, qalan 5 quyu isə sentyabrın sonunda istismara veriləcək. Faza-2 çərçivəsində planlaşdırılan 26 quyudan 10-u 2025-ci ildə, qalan 16 quyu isə 2028-ci ildə istismara veriləcək. Amasra yatağının da daxil olduğu Faza-3 mərhələsinə 2028-ci ildə başlanacaq.
Faza-1 ilə Türkiyənin ehtiyaclarının 15%-nin, Faza-2 ilə isə 40%-nin qarşılanması hədəflənir.
Bütün gözlər Prezident Ərdoğanın 20 aprel çıxışında olacaq. Çünki müjdə ehtimalından danışılır. Prezident Ərdoğanın Qara dəniz qazının şəbəkəyə verilməsi ilə müəyyən qədər endirim edilə biləcəyi və ya müəyyən miqdarda qazın pulsuz təklif oluna biləcəyi gözlənilir. TPAO-nun baş direktoru Melih Han Bilgin bu məsələ ilə bağlı, “Müəyyən variantlar işlənib hazırlanmışdır. Prezident Ərdoğana təqdim olunub. Son qərarı prezident Ərdoğan verəcək”,- deyib.
Qara dəniz qazının kəşf tarixi
TPAO 2020-ci ilin avqust ayında Tuna-1 quyusunda 320 milyard kubmetr təbii qaz kəşf edib. 2020-ci ilin oktyabr ayında Tuna-1 quyusunda qazma işləri başa çatdıqdan sonra quyudakı ehtiyatın həcmi 85 milyard kubmetr yenilənərək 405 milyard kubmetrə çatdırılıb.
2021-ci ilin iyun ayında Amasra-1 quyusunda 135 milyard kubmetr yeni ehtiyat aşkar edilib. Yeni kəşflərlə Qara dənizdəki ümumi təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb.
2022-ci ilin dekabr ayında müstəqil DeGolyer & MacNaughton təşkilatının yenidən qiymətləndirməsi nəticəsində yuxarıda qeyd olunan ehtiyat 652 milyard kubmetr olaraq yenilənib və Çaycuma-1 quyusunda 58 milyard kubmetr yeni ehtiyatın aşkar edildiyi açıqlanıb.
Beləliklə, 2022-ci ilin dekabrına Qara dənizdəki ehtiyatların ümumi həcmi 710 milyard kubmetrə çatıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 32 d. əvvəl
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
1 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb























