"Rabitəbank"ın ipoteka portfeli 100 milyon manat səviyyəsini aşıb
2023-cü ilin 1-ci rübündə "Rabitəbank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22 milyon 49 min manat artaraq 31 mart 2023-cü il tarixində 632 milyon 926 min manata çatıb. Ötən ilin sonunda "Rabitəbank"ın kredit portfeli 610 milyon 877 min manat təşkil etmişdi.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ilk rübdə "Rabitəbank"ın biznes kreditləri portfeli 6 milyon 788 min manat artaraq 312 milyon 193 min manata, istehlak kreditləri portfeli 9 milyon 950 min manat artaraq 215 milyon 555 min manata, ipoteka kreditləri portfeli 5 milyon 311 min manat artaraq 105 milyon 179 min manata yüksəlib.
"Rabitəbank"ın xalis kredit portfeli (19 milyon 984 min manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 612 milyon 942 min manat təşkil edib. Ötən ilin sonunda Bankın xalis kredit portfeli 587 milyon 27 min manata çatmışdı. 2023-cü ilin ilk rübündə Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 3 milyon 865 min manat azalıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
7 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















