İstanbul Maliyyə Mərkəzi istifadəyə verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbul Maliyyə Mərkəzinin açılış mərasimi keçirilib.
Marja xəbər verir ki, Ərdoğan çıxışında “İstanbul Maliyyə Mərkəzi regionda yerli və xarici maliyyə qurumlarının fəaliyyətə başlaması ilə ölkə iqtisadiyyatına töhfə verəcək”, deyib.
Ərdoğan, "Qlobal maliyyənin ağırlıq mərkəzi getdikcə daha çox qərbdən şərqə doğru dəyişir. Bu kontekstdə Asiya ilə Avropa arasında artan ticarət rəqabəti və ölkəmizin geosiyasi mövqeyi İstanbul üçün yeni fürsətlər yaradır. Biz bunu bir addım da irəli atmışıq. İnanırıq ki, tarixən Şərq ilə Qərb arasında coğrafi və ticarət körpüsü kimi xidmət göstərmiş İstanbul, bu gün maliyyə bazarları arasında eyni əlaqəni qurma potensialına malikdir", - deyib.
Prezident, “Bu mərkəz üç qitənin qovuşduğu İstanbulda yeni bir maliyyə ekosistemi yaradacaq”, - əlavə edib.
Açılış mərasimində qeyd edilib ki, İstanbul Maliyyə Mərkəzi qlobal qarşılıqlı əlaqə və innovasiya mərkəzi olmaqla yanaşı, Türkiyənin maliyyə bazarlarının inkişafını və dərinləşməsini sürətləndirəcək.
İstanbul Maliyyə Mərkəzində banklar, kapital bazarı şirkətləri, investisiya və portfel idarəetmə şirkətləri, sığorta şirkətləri kimi geniş spektrli maliyyə təşkilatları xidmətlər göstərəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)





.jpg)







