Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava sabah səhərədək davam edəcəkFaktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 13-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan MR-da leysan xarakterli intensiv olub.
Yağan yağıntının miqdarı Naxçıvanda 29.0 mm (aylıq normanın 75 %-i), Ordubadda 23.0 mm (aylıq normanın 57 %-i), Şahbuzda 18.0 mm (aylıq normanın 30 %-i), Şərurda 18.0 mm (aylıq normanın 75 %-i), Culfada 15.0 mm (aylıq normanın 44 %-i), Sədərəkdə 13.0 mm, Şahdağda 7.0 mm, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5.0 mm-dək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
Cənub-qərb küləyi arabir Kəlvəzdə 21 m/s, Şahdağda 20 m/s, Astarada 18 m/s, Lerikdə 17 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 16 m/s-dək güclənib.
Havanın temperaturu aprelin 12-də Bakıda iqlim normasından 6.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24° isti, Naxçıvanda 17-22° isti, dağlıq rayonlarda 17-24° isti, aran rayonlarında 23-27° isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək, 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-da gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın























.jpg)