BVF qlobal iqtisadiyyatın artımının 3%-dən aşağı olacağını proqnozlaşdırır
Fondun rəhbəri Kristalina Georgiyeva qeyd edib ki, “2023-cü ildə qlobal iqtisadiyyatın artımının yarısı Hindistan və Çinin payına düşəcək”.Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri qlobal iqtisadi artımın 2022-ci ildəki 3,4%-dən bu il 3%-dən aşağı düşəcəyini proqnozlaşdırırlar.
Marja xəbər verir ki, bunu cümə axşamı BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva Vaşinqtonda keçirilən konfransda deyib.
"İcazə verin, iqtisadi vəziyyətin qiymətləndirilməsi ilə başlayım. 2021-ci ildə güclü bərpadan sonra Rusiyanın Ukraynadakı müharibəsi və onun geniş miqyaslı nəticələri ilə bağlı çətin bir şok dövrü baş verdi - 2022-ci ildə qlobal artım tempi təxminən yarıbayarı azalıb - 6,1%-dən 3,4%-ə qədər "Yavaşlama bu il də davam edir. Təəccüblü dərəcədə dayanıqlı əmək bazarlarına, əksər inkişaf etmiş ölkələrdə istehlak xərclərinə və Çinin dirçəlişindən qaynaqlanan bərpaya baxmayaraq, biz qlobal iqtisadiyyatın 2023-cü ildə 3%-dən aşağı artacağını gözləyirik",- Kristalina Georgiyeva bildirib.
Fondun rəhbəri əlavə edib ki, "2023-cü ildə qlobal iqtisadiyyatın artımının yarısı Hindistan və Çinin payına düşəcək".
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 13 saat sonra
- 11 saat sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
6 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
7 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş























