"Dollar 10-15 faiz ucuzlaşa bilər" proqnozu
Baş ofisi Londonda yerləşən və aktivlərin idarə edilməsilə məşğul olan "Eurizon SLJ Capital" ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın azalması ilə faiz dərəcələrini azaltmağa başlayacağı və gələn il dolların 10-15 faiz ucuzlaşa biləcəyi ilə bağlı proqnozunu bölüşüb.
Marja xəbər verir ki, "Eurizon SLJ Capital" ekspertləri paylaşdıqları məlumatda dolların növbəti 4-6 rübdə enişini davam etdirə və 10-15 faiz ucuzlaşa biləcəyini proqnozlaşdırdılar.
Mütəxəssislər ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faizləri artırmaqda pik nöqtəsinə çox yaxın olduğunu və bankın növbəti addımının faiz endirimi olacağını bildiriblər: "Yəqin ki, bu, qlobal tələbin çökməsinin qarşısını alacaq. Bu ssenari də dolların əhəmiyyətli dərəcədə zəifləməsinə işarə edir".
Ekspertlər bu ssenarini ABŞ-da inflyasiyanın 2021-ci ildə artdığı sürətlə azalacağı ilə bağlı proqnozu ilə əsaslandırır.
Qlobal bazarlarda dollar ucuzlaşma tendensiyasındadır. Bloomberg Dollar İndeksi, FED-in bu il uçot dərəcəsini endirəcəyi gözləntiləri ilə keçən sentyabr ayında pik həddinə çatdıqdan sonra 10% düşüb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı












.jpg)







