Türkiyə iqtisadiyyatı fevral ayında da yüksək xarici ticarət kəsiri ilə üzləşib
Türkiyənin xarici ticarət kəsiri iki ayda 26 milyard dollara çatıb. Türkiyə iqtisadiyyatı yanvar ayında olduğu kimi fevral ayında da yüksək xarici ticarət kəsiri ilə üzləşib.Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə xarici ticarət statistikasını açıqlayıb.
Marja xəbər verir ki, fevralda xarici ticarət kəsiri 12,07 milyard dollar olub. İlin ilk 2 ayı ərzində xarici ticarət kəsiri 26 milyard dolları ötüb.
Türkiyədə xarici ticarət kəsiri fevral ayında 2022-ci ilin fevral ayı ilə müqayisədə 51,4% artaraq 12,08 milyard dollara çatıb. Fevral ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,4 azalaraq 18,7 milyard dollar, idxal isə 10,1% artaraq 30,7 milyard dollar olub.
Türkiyənin Ticarət Nazirliyinin müvəqqəti məlumatlarına görə, fevral ayında xarici ticarət kəsiri 12,2 milyard dollar olaraq açıqlanıb. Yanvar ayında xarici ticarət kəsiri 14,24 milyard dollar olaraq açıqlanmşdı.
2023-cü ilin yanvar-fevral dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 38 milyard dollara, idxal isə 15,4 faiz artaraq 64,3 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
-
2 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
23 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Ən çox oxunanlar
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)





.jpg)



.jpg)





