“Memar Əcəmi” yaxınlığında yerləşən “McDonald’s restoranın təmirdən sonra açılışı olub – FOTO
(®) “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “McDonald's” restoranı təmirdən sonra qapılarını ziyarətçilərin üzünə açıb.
Modernləşdirilmiş restoran qida sənayesi sahəsində mövcud olan ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub.
Artan tələbi nəzərə alaraq birinci mərtəbə genişləndirilmiş və hazırda bu filial eyni vaxtda 175 nəfəri qəbul edə bilir. “Human Comfort” dizaynı sayəsində qonaqların restoranda daha rahat və komfortlu vaxt keçirməsi təmin olunub. Həmçinin restoranda “table service” (masa xidməti) tətbiq edilib. Bu xidmətə əsasən qonaqlar kassa aparatları və ya interaktiv özünəxidmət köşkləri vasitəsilə sevimli yeməklərini sifariş edə, sonra isə masa arxasında əyləşərək sifarişi qəbul edə bilərlər.
Aparılan abadlaşdırma işləri nəticəsində restoranın xarici görünüşündə dəyişiklik edilib. Belə ki, yaşıllaşdırma işləri aparılıb, yol infrastrukturu yaxşılaşdırılıb.
Təmir edilmiş “McDonald's” restoranının digər yenilikləri sırasında qonaqlar üçün sifarişin qəbulu prosesini sürətləndirən, daha rahat və təkmilləşdirilmiş formatda “MakAvto” xidmətini göstərmək olar. Burada “Side-by-side” xidmət sistemi fəaliyyətə başlayıb ki, bu da eyni vaxtda iki avtomobildən sifariş qəbul etməyə və bununla da, buraxılış qabiliyyətini artırmağa imkan verir. Bu sistem Azərbaycanda fəaliyyət göstərən “McDonald's” restoranlarında ilk dəfədir tətbiq edilir.
Yenilənmiş restoranda açılmış “McCafe” qəhvə mağazasında yüksək keyfiyyətli dənli qəhvənin və nəfis desertlərin geniş seçimindən yararlana bilərsiniz. “McCafe”nin bütün əməkdaşları qəhvə və onun əsasında müxtəlif içkilərin hazırlanması üzrə xüsusi təlim kursunu keçmiş baristalardır.
Bundan başqa, əvvəlki kimi müştərilərin xidmətində olan “McDelivery” sayəsində sifarişləri “Wolt” çatdırılma xidməti vasitəsilə qısa zamanda əldə edə bilərsiniz.
Ən qabaqcıl ictimai iaşə şəbəkələrindən biri olaraq, hazırda ölkədə 22 restoranı fəaliyyət göstərən “McDonald’s” şirkəti 2000-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Şirkət yeni restoranların modernləşdirilməsinə və açılışına sərmayə qoymaqla həm də yerli istehsalın genişlənməsinə, bununla da Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi töhfə verir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)


.jpg)








