Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalı fəaliyyətə başladı
Portal, bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakların satışını sürətli şəkildə təmin etmək məqsədilə vətəndaşların istifadəsinə verilib. www. auction.adif.azƏmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalı fəaliyyətə başlayıb.
Fondun yaydığı məlumatda bildirilir ki, bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası səbəbi ilə elan edilmiş karantin rejiminin tətbiqi nəticəsində elektron ticarətin geniş vüsət aldığı bir dövrdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakların satışını sürətli şəkildə təmin etmək məqsədilə ərsəyə gətirilən Elektron Auksion Portalı artıq vətəndaşların istifadəsinə verilmişdir.
Portaldan istənilən fiziki və hüquqi şəxslər müvafiq qaydalara uyğun olaraq qeydiyyatdan keçərək istifadə edə bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və ya auksiona qatılmadan məhsul üçün təyin olunmuş məbləği dərhal ödəməklə seçilmiş əmlakı əldə edə bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada hər bir şəxsə aydın olacaq formada yerləşdirilmişdir. Qeyd edək ki, hərrac üçün nəzərdə tutulmuş yeni platformada müxtəlif kateqoriyalar üzrə məhsulları əldə etmək mümkündür. Bu kateqoriyalara bank avadanlıqları, mebel, məişət texnikası, İT və ofis avadanlıqları kimi məhsullar daxildir. İstər fiziki, istərsə də hüquqi şəxslər ədalətli qiymətlərlə vaxtlarına qənaət edərək heç bir yerə getmədən onlayn şəkildə ləğv prosesində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları əldə edə bilərlər.
"Əmanətlərin Sığortalanması Fondu bu yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan nöqteyi-nəzərindən rahatlığını təmin edəcəkdir.
Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və ya yeniliklərdən xəbərdar olmaq istədiyiniz halda Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının veb saytında olan “chat” bölməsinə yaza və ya qaynar xətt nömrəsinə (+994555000941) zəng edə bilərsiniz",- Fondun məlumatında bildirilir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat sonra
-
-
12 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
13 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























