Dollar dünya valyutalarına nisbətdə ucuzlaşır
FED-in iclasından sonra dollar digər dünya valyutalarına nisbətdə ucuzlaşır.
Marja xəbər verir ki, cümə axşamı səhər dollar digər əsas dünya valyutaları qarşısında dəyərdən düşüb. Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) iclasının nəticələrini qiymətləndirir.
Avronun dollara nisbətdə məzənnəsi 0,5% yüksələrək 1.0911 dollara çatıb. Dolların yen qarşısında məzənnəsi 131,44 yendən 130,67 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,27% azalaraq 102,07 bənd təşkil edib (09:30-a olan məlumat).
Çərşənbə günü FED baza faiz dərəcəsini gözlənildiyi kimi 0,25 faiz bəndi artıraraq illik 4,75-5%-ə çatdırıb. Həmçinin, ABŞ Mərkəzi Bankı ölkənin cari il üçün ÜDM artımı proqnozunu aşağı salıb, inflyasiya proqnozunu isə artırıb.
2024-cü ilin sonunda FED-in açıq bazar komitəsinin əksər üzvləri faiz endirimini planlaşdırır. FED sədri Jerome Powell mətbuat konfransında ABŞ-ın 2023-cü ildə faiz dərəcəsinin endirilməsinin nəzərdə tutulmadığını bildirib.
CME Group-un məlumatına görə, analitiklərin 62,9%-i FED-in uçot dərəcəsinin may ayında dəyişməyəcəyini, 37,1%-i daha 0,25 faiz bəndi artırılacağını proqnozlaşdırır.
Analitiklər bildirirlər ki, FED-in siyasət perspektivi təkcə inflyasiya və məşğulluq məlumatlarından asılı olmayacaq, həm də bank sektorunda potensial stressi və bütövlükdə iqtisadiyyat üçün nəticələrini nəzərə alacaq. FED qeyd edib ki, ABŞ-ın bank sistemi stabildir, lakin son hadisələr iqtisadi aktivliyə təzyiq göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)










