3 şirkət KATV1-ə qoşuldu
KATV1 brendinin sahibi olan “AG Telekom” MMC-yə 3 şirkət qoşulub.
Marja.az bu barədə Şirkətə istinadən xəbər verir.
"AG Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti ona "İdeal Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "Vio-Tek" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Cosmonet" Məhdud Məsuliyyətli Cəmiyyətinin qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
KATV1 (“AG Telekom” MMC) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən böyük rəqəmsal xidmət təminatçılarından biridir. KATV1 brendi uzun illərdir ki, ölkənin telekommunikasiya bazarında qabaqcıl mövqeyini qoruyub saxlamaqdadır.
"Cosmonet" 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 200 min manatdır. 10 manat nizamnamə kapitalı olan "Vio-Tek" 2018-ci ildə, 10 manat nizamnamə kapitalı olan "İdeal Telekom" isə 2021-ci ildə dövlət qeydiyyatına alınıb."Vio-Tek" MMC-nin hüquqi ünvanı Şəmkirdə, digər şirkətlərin hüquqi ünvanı isə Bakı şəhərindədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























