Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb
Milli Depozit Mərkəzində (MDM) Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, Şuranın tərkibi "müasir çağırışlara cavab verən çevik və səmərəli idarəetmə sisteminin təkmilləşdirilməsi" məqsədilə yenilənib.
Dəyişikliklərə əsasən MDM-in Müşahidə Şurasının sədri Mərkəzi Bankın Daxili audit departamentinin direktoru Elçin Əlizadə, sədr müavini isə Kapital bazarı fəaliyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova təyin edilmişdir.
Beləliklə, MDM-in Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilmişdir:
Elçin Əlizadə - Müşahidə Şurasının sədri
Umeyra İbrahimova – Müşahidə Şurasının sədrinin müavini
Nadir Babazadə – Müşahidə Şurasının üzvü
Elçin Məmmədov – Müşahidə Şurasının üzvü.
Qeyd edək ki, MDM-nin əsas məqsədi – Azərbaycan Respublikasının ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)









.jpg)






