Türkmənistanda 3 böyük xəstəxana layihəsi - 810 MİLYON DOLLAR İNVESTİSİYA
Türkiyənin "Çalık Holding" şirkətinin törəmə şirkəti olan "GAP İnşaat" Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Onkoloji Mərkəzin, Beynəlxalq Pediatriya Mərkəzinin və Stomatologiya Mərkəzinin təməlini qoyub. Tikintisinə başlanılan 3 xəstəxananın ümumi investisiya dəyərinin 810 milyon dollar olacağı bildirilib. Mərasimdə Türkmənistanın keçmiş prezidenti Qurbanquli Berdiməhəmmədov da iştirak edib.Türkiyənin "Çalık Holding" qrupunun törəmə şirkəti "GAP İnşaat" Türkmənistanın paytaxtı Aşqabadda 3 xəstəxananın tikintisinin təməlini qoyub. Mərasimdə Türkmənistanın keçmiş prezidenti Qurbanquli Berdiməhəmmədov da iştirak edib.
Marja xəbər verir ki, Şirkətdən verilən məlumata görə, 500 çarpayılıq Beynəlxalq Onkoloji Mərkəz (Xərçəng Diaqnozu və Müalicə Mərkəzi), 160 çarpayılıq Beynəlxalq Pediatriya Mərkəzi (Uşaq Xəstəlikləri Mərkəzi) və eyni anda 80 nəfərə xidmət göstərə bilən Stomatologiya Mərkəzi (Ağız və Diş Xəstəlikləri Mərkəzi) 2026-cı ilə qədər tikilib təhvil veriləcək. Təməli qoyulan 3 xəstəxananın 810 milyon dollara başa gələcəyi açıqlanıb.
2022-ci ildə "GAP İnşaat" Türkmənistanda 400 çarpayılıq reabilitasiya və 250 çarpayılıq fiziologiya xəstəxanasının təməlini qoyub. 15 mart 2023-cü ildə təməli atılan 3 yeni xəstəxana ilə Türkmənistanda "GAP İnşaat" tərəfindən tikilən xəstəxanaların sayı 5-ə yüksəlib. Bildirilib ki, 1 milyard 250 milyon dollar investisiya ilə 5 xəstəxana tikiləcək.
“Türkmənistanda səhiyyə sahəsinə böyük investisiyalar qoyulur”
Aşqabadda keçirilən təməlqoyma mərasimlərində çıxış edən “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık Türkmənistanda müasir sağlamlıq mərkəzləri, çoxməqsədli xəstəxanalar, müasir elmi-klinik mərkəzlər və sanatoriyaların tikildiyini diqqətə çatdırıb və deyib:
“Cəmiyyətin və dövlətin ali dəyəri olan insan sağlamlığının qorunması Türkmənistanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər Türkmənistanda milli iqtisadiyyatın bütün sahələrində olduğu kimi, səhiyyə sahəsinə də böyük investisiyalar qoyulub. Türkmənistan səhiyyə sistemini inkişaf etdirmək və daha da inkişaf etdirmək üçün güclü addımlar atır. Türkmənistanda podratçı olmaqdan və səhiyyə sektorunun inkişafına töhfə verməkdən çox məmnunuq”.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















