FED-in yeni rəhbəri "Goldman Sachs"ın sabiq prezidenti ola bilər
ABŞ prezidenti Donald Tramp tərəfindən Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri vəzifəsinə Canet Yellenin namizədliyinin irəli sürülməsi inandırıcı deyil.
"Reuters" xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Nəşr iddia edir ki, C. Yelleni ABŞ Milli İqtisadi Şurasının hazırkı direktoru Qeri Kon əvəzləyəcək. "Hər şey Qerinin istəyindən asılıdır... Düşünürəm ki, o, bunu istəyir", - Tramp administrasiyasındakı mənbə bildirib.
Məsələyə münasibət bildirən Ağ Evin rəsmi nümayəndəsi Natali Strom isə "Reuters" agentliyinə açıqlamasında bildirib ki, Q. Kon Milli İqtisadi Şuradakı vəzifələrinin icrasına konsentrasiya olunub.
Qeyd edək ki, Q. Kon "Goldman Sachs" investisiya bankının sabiq prezidentidir. Maraqlıdır ki, o, D. Trampın seçkiqabağı qərargahının üzvü olmayıb.
C. Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralın 3-də bitir. O 2014-cü ildə Ben Bernankeni əvəzləyib.
Cari ilin aprel ayında "Wall Street Journal" nəşrinə müsahibəsində D. Tramp bildirib ki, 2018-ci ildə səlahiyyət müddətinin bitməsi C. Yellen üçün "son deyil". "Mənim ona böyük hörmətim var", - deyə prezident qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 21 d. əvvəl
- 25 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)


