İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar
Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin statistikasına nəzər yetirək.
2022-ci ildə bağlanan ipoteka müqavilələrinin sayı
2022-ci ildə ölkəmizdə 72.977 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2021-ci il ilə müqayisədə 19.202 və ya 35,7% çox olub.
2022-ci il ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
2022-ci il ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ildə 42.970 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Ötən ildə girov qoyulmuş ümumi 72.977 əmlakdan 12.280-i torpaq sahəsinin, 10.818-i isə fərdi yaşayış evinin payına düşüb.

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Ötən il ərzində paytaxtda ümumilikdə 40.454 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55,4%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8959 müqavilə), 2 saylı Sumqayıt (4714 müqavilə), 3 saylı Gəncə (3207 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (3009 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də daşınmaz əmlakın ən çox girov qoyulduğu bölgələr sırasındadır. Bunu, həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qiymətləndirmək olar.

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, 2022-ci ildə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 93,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (20 müqavilə), 9 saylı Qəbələ (22 müqavilə) və 11 saylı Şəmkir (34 müqavilə) ərazi idarələridir.

2022-ci il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Ötən il ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 1 saylı Bakı, 5 saylı Xaçmaz və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (228 müqavilə) və 10 saylı Lənkəran (286 müqavilə) ərazi idarələridir.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















.jpg)
