Köçürmələrdə elektron bankçılığın xüsusi çəkisinin 2023-cü ildə 85%-ə çatdırılması hədəflən
Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında 2023-cü il üzrə hədəflər də yer alıb.
İcmalda qeyd edilib ki, 2023-cü il ərzində Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası”nın hədəflərinə uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə tədbirlərin icrası davam etdiriləcəkdir:
1. Rəqəmsal ödənişlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi və innovativ həllərin təqdim edilməsi;
2. Rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi;
3. Ödəniş ekosisteminin risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması;
4. Rəqəmsal ödənişlər üzrə inklüzivliyin artırılması və məsafəli bank xidmətlərinə universal çıxışın təmin edilməsi;
5. Maliyyə savadlığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi.
Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, cari hesablardan aparılan müştəri köçürmələrində elektron bankçılığın xüsusi çəkisi üzrə indikator göstəricisinin 2023-cü il üçün 85%-ə, təmassız ödənişləri dəstəkləyən kartların ümumi bazar payının 75%-ə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 48%-ə çatdırılması hədəflənmişdir.
İcmalda qeyd edilib ki. 2022-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin ümumi sayı 187.4 mln. ədəd, həcmi isə 318.4 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 73%-i (137.4 mln. ədəd), həcm üzrə isə 77%-i (244 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır. 2022-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2021-ci illə müqayisədə 50% artaraq 212 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 3 dəfə artaraq 12.1 mlrd. manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)











