ABB 1 milyon manat ianə etdi!
(0174) ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 1 milyon manat ianə edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu addımın Bankın korporativ sosial məsuliyyətinə uyğun atıldığını bildirib: “Dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq ABB də bu çətin məqamda qardaş Türkiyəyə kömək göstərməyə çalışır. Baş vermiş faciə nəticəsində Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik”.
Qeyd edək ki, Bankın ABB Mobile tətbiqi istifadəçilərinin də tətbiq üzərindən yardımları davam etməkdədir. Vəsaitlər AFAD-ın hesabına köçürülür. Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları vasitəsilə də köçürmək mümkündür. ABB Mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





