4 bankın əmanətçilərinə müraciət!
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank” ASC, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC, 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 1 avqust 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 1 avqust 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.
“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
Əmanətçilərin diqqətinə çatdırılır ki, Fondun “Kompensasiyaların ödənilməsi proseduruna dair” Qaydalarının 11-ci maddəsinə uyğun olaraq Qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.
Diqqətinizə çatdırırıq ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat olmaqla onlardan 50 milyon 714 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 885 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 milyon 116 min manat olmaqla onlardan 75 milyon 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 milyon 675 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 65 milyon 732 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 90,4 %-i) və 6 milyon 942 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 milyon 191 min manat olmaqla onlardan 29 milyon 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 milyon 910 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) və 138 min 581 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Ləğv prosesində olan “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 milyon 360 min manat olmaqla onlardan 3 milyon 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 milyon 127 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 min 183 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
Əlavə məlumat üçün:
(012) 596 65 91/92/93
131/ 941 nömrəli qaynar xətt
www.adif.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
58 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
2 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır




























