Azər Türk Bank iri biznes üçün sərfəli kredit təklif etməkdədir
(®️) Azər Türk Bank iri sahibkarlıq subyektlərinə biznesin inkişafı, investisiya qoyuluşu və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə bank və ya dövlət fondları hesabına kredit təklifini davam etdirir.
Ümumi müddəti 10 ilədək nəzərdə tutulmuş iri biznes kreditlərinin məbləği 100,000 manatdan 10,000,000 manata qədərdir. Təminatı fərdi qaydada, razılaşma yolu ilə müəyyən edilən, 60 ayadək güzəşt müddətli bu kreditlərin illik faizi dərəcəsi 5%-dən başlayır.
Kredit əldə etmək istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola, yüksək səviyyəli xidmətlərdən və bir çox imkanlardan faydalana bilərlər.
Qeyd edək ki, Azər Türk Bankda onlayn qaydada hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda, bir çox üstünlüklərə malik əməkhaqqı kartları, biznes və sahibkar kartlarını pulsuz əldə edə bilirlər. Həmçinin korporativ müştərilər ATB Business internet-bankçılıq sisteminə daxil olmaqla hədiyyə bonuslar qazanacaq, Cash-back loyallıq proqramından və güzəştli tariflərdən faydalanacaqlar.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
15 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul





















.jpg)

