Avropa ölkələrinə ixrac missiyası planlaşdırılır
Bu ilin sonuna kimi Azərbaycan şirkətlərindən ibarət daha bir ixrac missiyasının Qazaxıstana səfəri planlaşdırılıb.
Qazaxıstan mətbuatı xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Qeyd edək ki, orta Asiya ölkəsinə ilk ixrac missiyası qeyri-neft sektorunun dəstəklənməsi məqsədilə bu ilin aprel ayında reallaşdırılıb. Missiyada tikinti materialları, kimya sənayesi, maşınqayırma, yüngül sənaye, ətir və kosmetika, meyvə-tərəvəz, alkoqollu və alkoqolsuz içkilər, konservləşdirilmiş qida məhsulları, çay istehsalı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Səfər zamanı mineral sular, müalicəvi Naftalan mazı, limonad və şərab məhsulları Qazaxıstan tərəfinin xüsusi marağına səbəb olub. Bu ixrac missiyasının istiqaməti ixracatçı şirkətlərin müraciəti əsasında müəyyənləşdirilib.
2017-ci ilin sonuna qədər Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, eləcə də bir sıra Avropa ölkələrinə ixrac missiyalarının həyata keçirilməsi planlaşdırılır. Bu missiyalar "Made in Azerbaijan" milli brendinin təşviq olunması məqsədilə təşkil olunur.
© Report
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 18 d. əvvəl
-
- 21 d. əvvəl
- 30 d. əvvəl
-
36 d. əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
42 d. əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 43 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir





















