VTB (Azərbaycan)-ın xalis mənfəəti 2,8 dəfə artıb
“Bank VTB (Azərbaycan)” 2022-ci ili 11,9 milyon manat xalis mənfəət ilə başa vurub.“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 dekabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 39.2 milyon manat, o cümlədən faiz gəlirləri 24.9 milyon manat, qeyri-faiz gəlirləri 14.3 milyon manat təşkil edib. 2021-ci ilə müqayisədə bankın faiz gəlirləri 40.9%, qeyri-faiz gəlirləri isə demək olar ki 2 dəfə artıb.
Bank hesabat dövrünü 11.9 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2.8 dəfə çoxdur.
Dekabrın sonuna bankın kredit portfeli 159.7 milyon manat, o cümlədən ipoteka kreditləri üzrə portfel 39.2 milyon manat təşkil edib. Bankın ipoteka kreditləri üzrə portfeli il ərzində 28.9% artıb.
Hesabat dövründə VTB (Azərbaycan) biznesin inkişafına 1.5 mindən çox kredit verib ki, bu göstərici 2021-ci ildəkindən 10 dəfə çoxdur. Verilmiş biznes-kreditlərin ümumi məbləği 44.3 milyon manatdan artıqdır.
Əhalinin bankdakı əmanətləri 2022-ci il ərzində 18.4% artaraq 63.8 milyon manat təşkil edib.
2022-ci ilin sonuna bankın likvidlik əmsalı 98,6% təşkil edib ki, bu da AMB-nın minimum tələblərindən 3 dəfədən çox yüksəkdir.
Bankın məcmu kapitalı 2022-ci ildə 16.7% artaraq 80.2 milyon manata çatıb, bu da Mərkəzi Bankın minimal tələblərindən 60.4% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
24 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
31 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 42 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb





.jpg)











.jpg)







