Sonu görünməyən savaş
Rusiya-Ukrayna müharibəsi 2023-cü ildə bitə bilərmi?Ukraynada Rusiya ordusunun xüsusi hərbi əməliyyatı ikinci təqvim ilinə qədəm qoyur. Müharibə gələn il dayanacaqmı və bu, necə baş verə bilər - döyüş meydanında, yoxsa danışıqlar masası arxasında? Hər kəsi düşündürən bu suallara beynəlxalq hərbi analitiklər maraqlı cavablar veriblər.
Rusiyanın yaz hücumu həlledici olacaq
Böyük Britaniyadakı Strateji Araşdırmalar İnstitutunun direktor müavini Maykl Klark hesab edir ki, Rusiyanın yaz hücumu həlledici olacaq.
Hazırda hər iki tərəfin nəfəs dərməyə ehtiyacı var, lakin ukraynalılar hücumu davam etdirmək üçün daha yaxşı təchiz və motivasiya olunublar. Bu səbəblərdən onların və ən azı Donbasda rusları sıxışdırmağa davam edəcəklərini gözləmək olar.
Kremennaya və Svatovo bölgəsində ukraynalılar böyük irəliləyiş astanasındadırlar bunun nəticəsində rus qoşunlarını 60 km geri 2022-ci ilin fevralında işğalın başladığı yerdən çox da uzaq olmayan növbəti təbii müdafiə xəttinə ata bilərlər. Xüsusən də burada qələbənin bu qədər yaxın olduğu bir vaxtda Kiyev bununla kifayətlənmək istəməyəcək. Çünki Xersonun azad edilməsindən sonra Ukraynanın cənub-qərbdəki hücum əməliyyatları dayana bilər.
2023-cü ildə Rusiyanın yaz hücumunun nəticəsi əsas amil olacaq. Prezident Vladimir Putin etiraf edib ki, bu yaxınlarda səfərbər olunanların təxminən 50 min nəfəri artıq cəbhədədir. Qalan 250 min nəfər isə 2023-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlanır.
Yeni rus qoşunlarının taleyi döyüş meydanında həll olunmayana qədər, praktiki olaraq müharibənin davam etdirilməsindən başqa ssenari yoxdur. Mümkün olan yeganə ssenari qısa və qeyri-sabit atəşkəsdir. Putin heç bir halda dayanmayacağını, Ukrayna isə öz ölkəsi üçün döyüşəcəyini açıq şəkildə bildirib.
Kiyev 2023-cü ilin yazından gec olmayaraq ərazi bütövlüyünü tam bərpa etməklə qalib gələcək
Vaşinqtondan olan alim və analitik Andrey Piontkovski deyir ki, Ukrayna öz torpaqlarını geri alacaq. Onun fikrincə, Kiyev 2023-cü ilin yazından gec olmayaraq ərazi bütövlüyünü tam bərpa etməklə qalib gələcək. Bu nəticə iki amillə müəyyən edilir.
Birincisi, müasir hərb tarixində Ukrayna hərbçilərinin və bütövlükdə Ukrayna xalqının görünməmiş motivasiyası, qətiyyəti və cəsarətidir.
İkinci amil ondan ibarətdir ki, Qərb üzləşdiyi tarixi problemin miqyasını dərk edib. Bunu ən yaxşı şəkildə NATO-nun baş katibi Yens Stoltenberqin son bəyanatı ifadə edir: "Bizim ödədiyimiz qiymət pulladır. Ukraynalıların ödədiyi qiymət isə qandır. Əgər avtoritar rejimlər gücdən istifadənin bəhrə verdiyini görsələr, biz hamımız daha çox bədəl ödəyəcəyik və dünya hamı üçün daha təhlükəli olacaq".
Alim hesab edir ki, yaxın aylarda (bəlkə də həftələr) Melitopol kampaniyanın əsas nöqtəsinə çevriləcək. Melitopolu ələ keçirən ukraynalılar asanlıqla Azov dənizinə doğru irəliləyəcək, Krımla təchizat xətlərini və rabitəni effektiv şəkildə kəsəcəklər. Ukraynanın döyüş meydanında sarsıdıcı qələbələrindən sonra texniki danışıqlarda Rusiyanın təslim olması rəsmi şəkildə razılaşdırılacaq. Qalib dövlətlər - Ukrayna, Böyük Britaniya, ABŞ beynəlxalq təhlükəsizliyin yeni arxitekturasını formalaşdıracaqlar.
Müharibə davam edəcək
London Kral Kollecinin Müharibə Araşdırmaları fakültəsinin əməkdaşı Barbara Zançetta isə bu müharibənin sonunu görmür. Onun dediyinə görə, Vladimir Putin Ukraynanın, digər ölkələrin əhəmiyyətli iştirakı olmadan, daha güclü qonşusunun hərəkətlərini passiv qəbul edəcəyinə ümid bəsləyirdi. Bu yanlış hesablama uzunsürən, sonu görünməyən münaqişəyə gətirib çıxarıb:
"Qış çətin keçəcək. Rusiyanın hücumları onsuz da belə bir şəraitdə yorğun və zəifləmiş olan əhalinin mənəviyyatını və dözümünü qırmaq məqsədi güdəcək. Ancaq ukraynalılar çox mətin olduqlarını sübut etdilər. Onlar möhkəm dayanacaqlar və müharibə davam edəcək. Müharibənin həm maddi, həm də insani itkiləri Rusiya siyasi elitasını parçalaya və müharibəyə dəstəyi azalda bilər. Münaqişənin bitməsinin açarı Moskvadadır. Təəssüf ki, bu, siyasi iradənin uzunmüddətli diplomatik, iqtisadi və hərbi döyüşü olacaq və 2023-cü ilin sonuna qədər, çox güman ki, hələ bitməyəcək".
Müharibə Rusiyanın məğlubiyyəti ilə bitəcək
ABŞ Ordusunun Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hoces isə hesab edir ki, müharibə Rusiyanın məğlubiyyəti ilə bitəcək: "Kiyevdə qələbə paradını planlaşdırmaq hələ tezdir, lakin üstünlük indi Ukraynanın tərəfindədir və mən onların bu müharibədə, bəlkə də, artıq 2023-cü ildə qalib gələcəyinə şübhə etmirəm. Qışda işlər daha ləng gedəcək, lakin İngiltərə, Kanada və Almaniyadan gələn qış texnikası sayəsində Ukrayna qüvvələri şübhəsiz ki, ruslardan daha yaxşı vəziyyətdə olacaqlar.
Onun fikrincə, yanvara qədər Ukrayna kampaniyanın son mərhələsinə - Krımın azad edilməsinə başlaya biləcək. Çünki tarix öyrədir ki, müharibə iradə və logistika sınağıdır. Ukrayna xalqının və əsgərlərinin qətiyyətini və Ukraynanın maddi-texniki vəziyyətinin sürətlə yaxşılaşdığını nəzərə alsaq, mən Rusiyanın məğlubiyyətindən başqa bir nəticə görmürəm.
Bu qənaətə gəlinməsində qismən rus qoşunlarının Xersondan çıxarılması səbəb oldu. Birincisi, bu, Ukrayna xalqının psixoloji qələbəsidir, ikincisi, Kreml üçün dərin biabırçılıqdır, üçüncüsü, Ukrayna qoşunları əsas əməliyyat üstünlüyü əldə ediblər - Krımda bütün hədəflər vurulmaq üçün əlçatandır: "İnanıram ki, 2023-cü ilin sonuna qədər Krım Ukraynanın nəzarətinə və suverenliyinə tam qaytarılacaq, baxmayaraq ki, Rusiyanın Sevastopoldakı hərbi dəniz bazasını tədricən tərk etməyə imkan verəcək bir növ razılaşma ola bilər... "
Analitik deyir ki, Azov dənizi sahillərində Ukrayna infrastrukturunun, o cümlədən mühüm Mariupol və Berdyansk limanlarının yenidən qurulması üçün səylər göstəriləcək. Digər mühüm layihə suyu Dneprdən Krıma yönəldən Şimali Krım kanalının işinin bərpasıdır.
Ukrayna üçün başqa bir seçim Svatovodur
İsraildən olan hərbi ekspert David Gendelman isə bildirir ki, hər bir tərəf növbəti mərhələdə daha çox uğura nail olmaq istəyir. Bu da təbiidir.
Səfərbər edilmiş 300 min rus qoşununun yalnız yarısı döyüş bölgəsindədir.
Ukraynada müharibə necə bitəcək? Mümkün ssenarilər bunlardır: Ukrayna qoşunlarının dar istiqamətlərdə yavaş-yavaş sıxışdırılıb çıxarılması, habelə Baxmut və Avdeyevka rayonlarında olduğu kimi tədricən irəliləyiş. Ola bilsin ki, eyni taktika Svatovo-Kremennaya bölgəsində də tətbiq olunacaq. Ukraynanın enerji infrastrukturuna davam edən hücumlar və Ukraynanın arxa xətlərinə edilən digər hücumlar tükənmə ilə bağlı müharibə strategiyasının başqa bir hissəsidir. Rus qoşunları Xersondan geri çəkildikdən sonra Ukrayna ordusu əhəmiyyətli qüvvələr qazanıb.
Hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən strateji əhəmiyyət kəsb edən istiqamət Rusiya quru dəhlizinin kəsilməsi məqsədilə cənuba, Melitopol və ya Berdyanska irəliləməsidir. Bu, Ukraynanın böyük qələbəsi olardı, ona görə də ruslar Melitopolu möhkəmləndirirlər.
Ukrayna üçün başqa bir seçim Svatovodur. Oradakı uğurlu əməliyyat Rusiya cəbhə xəttinin bütün şimal cinahını təhlükə altına alacaq.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
5 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
5 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 5 saat əvvəl
-
6 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
6 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
10 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir




















