Toyuq əti ucuzlaşdı
Toyuq əti istehsalında isə azadolmalar, həmçinin qlobal bazarlarda soyanın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycan istehsalçılarına qiymətləri endirməyə imkan yaradıb.Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən Marja-az-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bunula da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün atılan addımlar öz müsbət təsirini göstərməkdədir.
Belə ki, cari ilin ortalarından başlayaraq quşçuluq sahəsində istifadə olunan yem və yem əlavələrinin idxalına tətbiq olunan vergi-rüsum azadolmaları həm quş əti, həm də yumurta istehsalında maya dəyərinin sabitləşməsinə və aşağı düşməsinə gətirib çıxarıb.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, yumurta istehsalında maya dəyərinin sabitləşməsi nəticəsində iki aya yaxındır topdansatış qiymətləri dəyişməz olaraq qalır:
“Ötən il bu vaxt yumurtanın topdansatış qiyməti 19 qəpik idi. Bu il isə 15 qəpikdir. Bu il qış fəslinin başlanması ilə bağlı olan ənənəvi bahalaşma da olmadı. Gözləntilərimiz hazırkı qiymətlərin yaxınmüddətli dövrdə dəyişməyəcəyi istiqamətindədir”.
APEPEA rəhbəri qeyd edir ki, toyuq əti istehsalında isə azadolmalar, həmçinin qlobal bazarlarda soyanın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycan istehsalçılarına qiymətləri endirməyə imkan yaradıb:
“Artıq bir neçə gündür soyudulmuş toyuq ətinin 1 kiloqramı 4,7-5 manatdan 4,2-4 manata endirilib. Müvafiq endirim ayrı-ayrı hissələrə(qanad, bud, bud dibi, file və sair) də aiddir. İstehsalçı müəssisələrin nümayəndələri ilə apardığımız müzakirələrdən belə aydın olur ki, endirimli qiymətlər xalqımızın mühüm bayramı olan Dünya Azərbaycalılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində də qüvvədə olacaq. Qlobal bazardakı mövcud konyuktur, həmçinin dövlətimizin yem və yem qatqılarına münasibətdə tətbiq etdiyi azadolmalar davam etdiyi müddətdə qiymətlərin bahalaşmasını real hesab etmirik”.
Məlumat üçün bildirək ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.
Daha sonra Azərbaycan Prezidenti, cənab İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






