“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı
(®) “Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə təşkil etdiyi “Təlim Məktəbi” sosial layihəsinin cari il üçün birinci mərhələsi başa çatıb. 3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri öyrədilib.
Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti daha çox əmək bazarında təlabat olan sahələr üzrə müəyyənləşdirilir.
“Təlim məktəbi” layihəsinin tərəfdaşı olan “Karlarа Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraq vurğulayıb: “Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm”. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. “Bu təlimdə əldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” - deyə o bildirib.
Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. “Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)




.jpg)





