Microsoft şirkətinin Azərbaycandakı nümayəndəliyinin bağlanmaq üzrə olduğu bildirilir
Microsoft şirkətinin Azərbaycanı tərk etməkdə olduğu idda edilir. "Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması bizim üçün utancdır",- Osman Gündüz bildirir."Dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir".
Marja xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz Facebook səhifəsində yazıb.
Osman Gündüz iddia edir ki, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.
"Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar.
Görünür ki , Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər. Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır".
"İndi necə olacaq?"
Osman Gündüz, "Microsoft-un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək?" sualını verərək yazıb:
Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq? Bütün bunlar necə dəstəklənəcək, kordinasiya necə olacaq? Bildiyim qədər, Azərbaycandakı sadaladığım bu işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq. Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında Microsoft həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s. Yeri gəlmişkən, regional məsələlərlə məğul olsalar da, Microsoft-un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər".
Osman Gündüz qeyd edib ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız Microsoft-un qlobal siyasəti ilə bağlı deyil:
"Fikrimcə bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Xatırlayıram ki Prezident İlham Əliyev də Davosda Microsoft rəhbərləri ilə görüşüb gələcək iş birliyindən danışmışdı. Amma biz sonralar aidiyyatı qurumlar tərəfindən bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı. Bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmadı. Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. Microsoft həllərindən böyük yaşıl enerji layihələrində istifadə olinmadı. Məsələn, Microsoft-a təklif oluna bilərdi ki, gəlib, iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun. Düşünürəm ki, bəlkə də gec deyil. Ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdır. Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə Microsoft-u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı. Düzü, heç özüm də bilmirəm, bundan sonra Microsoftu qaytaqrmaq mümkün olacaqmı".
Osman Gündüz baş verənlərə çox təəssüf etdiyini bildirib:
"Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır.
Yəni, burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir.
Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır".
Bir sıra mütəxəssislər hesab edirlər ki, artıq Microsoftun Azərbaycandakı tərəfdaşları işlərin öhdəsindən yüksək səviyyədə gələ bilirlər. Microsoftun Azərbaycan bazarında qalması əlavə xərcdir.
16.11.2022
08:13
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 14 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
30.12.2025
14:44
Azərbaycanda Vakansiyalar - Azvak.az
30.12.2025
12:31
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
24.12.2025
14:44
Paşinyan Rusiyaya səfər edəcək
21.12.2025
12:56
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
21.12.2025
11:14
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
19.12.2025
17:33
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
19.12.2025
17:10
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
19.12.2025
16:50
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
19.12.2025
16:17
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
19.12.2025
15:36
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19.12.2025
15:23
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
19.12.2025
15:18
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
19.12.2025
15:14










.jpg)





.jpg)



