Daha bir investisiya şirkəti Bakı Fond Birjasının üzvlüyünə qəbul edildi
“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 11 noyabr 2022-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edilib.
Bu barədə Marja-ya Bakı Fond Birjasından bildirilir.
Qeyd edilib ki, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı 11-ə yüksəlib.
Qeyd edək ki, “Capital Partners İnvestisiya şirkəti” QSC "Rabitəbank" ASC-nin törəmə şirkətidir.
XXX
"Rabitəbank"ın yaydığı məlumatda da bildirilir ki, Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə 11 noyabr 2022-ci il tarixindən etibarən "Capital Partners İnvestisiya şirkəti" QSC üzvlüyə qəbul edilib.
"Capital Partners İnvestisiya şirkəti" QSC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 22 iyun 2022-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.
Qeyd edilib ki, “Capital Partners”in əsas fəaliyyət istiqaməti qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və marja ticarətidir.
“Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 400 000 manata çatdırılıb. Şirkətin direktoru isə İkram Səfərəliyevdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 34 d. əvvəl
- 43 d. əvvəl
-
54 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)


.jpg)






.jpg)





