12 yaşında iddiaya girdi, 18 yaşında milyoner oldu!
Müəllimlərindən nifrət edən və milyoner olduğu təqdirdə məktəbə getməmək üçün 12 yaşında ailəsilə iddiaya girən Erik Finman-ın həyatı.
"Marja" xəbər verir ki, Erik Finman adlı bir gənc ABŞ-da gündəmdədir. O, öz təşəbbüslərilə 18 yaşında milyoner olub. Tanınmış media qurumu CNBC də gənc milyonerin qeyri-adi həyat hekayəsinə biganə qalmayıb.
12 yaşında məktəbdə aldığı təhsildən xoşbəxt olmayan Finman, ailəsilə bir şərt kəsib.
18 yaşına çatanda öz investisiyaları ilə 1 milyon dollar qazandığı halda, ailəsindən liseyə göndərilməmək sözünü alıb.
Gənc Finman, müəllimlərinin mənfi münasibətlərindən və sinir pozan davranışlarından bezdiyi üçün ailəsilə şərt kəsdiyini deyir.
Dediyinə görə, müəllimləri ona məktəbdən çıxmasını və McDonald's-da işləməsini məsləhət görmüşlər.
Standford Universitetindən doktor olan ana və atası əvvəlcə Erik Finmanın şərt təklifinə isti baxmayıblar.
Ancaq oğullarının əlindəki pulu yaxşı qiymətləndirdiyini görəndə iddianı qəbul ediblər.
Finman, hələ 12 yaşında ailəsinin verdiyi 1000 dollar pulla ilk investisiyanı rəqəmsal pul vahidi Bitcoin-ə yatırmışdır.
2011-ci ildə 1-nin dəyəri 12 dollar olan Bitcoin-dən təxminən 100 ədəd alan Finman, iki ildə pulunu 100 dəfə artırır.
2013-cü ildə 1200 dollara qalxan Bitcoin-lərini 100 min dollardan çox pula satan Finmanın növbəti cəhdi isə olduqca maraqlıdır.
"Botangle" adlı şirkətilə, özü kimi müəllimlərindən və təhsildən məmnun olmayanlar üçün qurduğu təşəbbüsə 100 min dollar yatırmışdır.
"Botangle"ın maraqla qarşılandığını görən və buna investisiyanı artırmaq istəyən Finman, risk kapitalı tapmaq üçün texnologiyanın "ürəyi" Silikon Vadisinin yolunu tutmağa qərar verib.
Silikon Vadisində tanış olduğu ilk insanlardan biri isə məşhur məzmun platforması "Reddit"in banisi Alexis Ohanian olur.
"Forbes" jurnalının Baş redaktoru Steve Forbes də Finmanın tanış olduğu məşhur adlardan biridir.
Gənc sahibkar bu dövrdə yaşadığı ən böyük çətinliyin 15 yaşında olduğu üçün ciddi qəbul edilməməsi olduğunu bildirir.
Hətta yüksək səviyyəli bir Uber rəhbəri onun təşəbbüsünün faydasız olduğunu göstərmək üçün xeyli səy göstərmişdir.
Finman yenə də əl çəkməyərək 2015-ci ilin Yanvar ayında "Botangle" texnologiyasını 100 min dollar və ya 300 Bitcoin qarşılığında (60 min dollar) almaq istəyən bir investor tapıb.
Erik Finman, investisiyanı dollarda almaq əvəzinə, o vaxt qiyməti 200 dollara enən “Bitcoin” təklifini qəbul edib.
Finman, ailəsi başda olmaqla daha çox pulu qəbul etməməsi ilə bağlı tənqidlərə, "təklifi satışdan çox investisiya olaraq" gördüyünü deyərək cavab verir.
O gün aldığı "Bitcoin"ləri saxlayan Erik Finmanın sərvəti "Bitcoin"in qiymətinin 2500 dolları keçməsilə milyon dolları aşıb.
18 yaşında 1.09 milyon dollar sərvətə çatan Erik Finman ailəsilə girdiyi iddianı da qazanıb və liseyi belə bitirmədən tərk edib.
Erik Finmanın hazırda liseydə oxuduğunu göstərən diplomu yoxdur.
16 yaşında John Hopkins-da proqram mühəndisliyinə qəbul olan qardaşı Scott, 15 yaşında Carnegie Melon-da robot texnikası elmlərini oxuduqdan sonra MIT-də doktorluq təhsili alan digər qardaşı Ross-un yanında o bir məktəbli belə deyil.
Ancaq Erik Finman uğur hekayəsi nüfuzlu jurnalların üz qapaqlarını çoxdan bəzəməyə başlayıb.
Dünyaca məşhur media təşkilatçısı TED-in London panelinə natiq olaraq qatılan Erik Finman təşəbbüslərini davam etdirir.
Finman hazırda NASA-nın yeni raket layihəsi ELaNa proqramında məsləhətçi kimi çalışır
"Təhsil sistemi bu vəziyyətilə heç kəsə heç nə vermir. Heç vaxt təhsil almağı təklif etmirəm". deyərək məktəbə qayıtmamaqda israrlıdır.
Erik Finman, gələcəyi tamamilə pulsuz olan internet vasitələrində görür.
"Bitcoin"in dəyərinin də 100 min ilə 1 milyon dollar arasında bir səviyyəyə çatacağını gözləyir.
Erk Finman artıq təkcə özünün deyil ailəsinin maliyyə investisiyalarını da idarə edir və mühüm şəxslərə bu barədə məsləhətlər verməyə başlayıb.
18 yaşlı gənc milyoner dünyanın müxtəlif yerlərində konfranslar keçirməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
3 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb









.webp)



.jpg)








.jpg)


