Özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan məbləğ açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 48 hərrac keçirilib.
Xidmətin yaydığı məlumata görə, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 410 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 322 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 86 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 53,8 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 9 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3.170 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 646-sı qeyri-yaşayış sahələri üzrə, 2 524-ü isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 9 ayı ilə müqayisədə 1.973 və ya 2,6 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin 9 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 19,7 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 73,6 milyon manat vəsait büdcəyə daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
