Bank of Baku Bolkart-ın şərtlərini yenilədi
Bolkart-dan möhtəşəm yeniliklər!(©) Ölkənin aparıcı banklarından olan Bank of Baku, alış-verişi sevən Bolkartlılar üçün üçün şərtlərini yenilədi və daha sərfəli edib.
Bankın yaydığı məlumatda bildirilir ki, indi Bolkart kredit kartı sahiblərini aşağıdakı üstünlüklər və yeniliklər gözləyir:
-100% NAĞDLAŞDIRMA:
Müştərilərinin ehtiyaclarını düşünən Bank of Baku, bütün növ Bolkart kredit kartları üzrə NAĞDLAŞDIRMA LİMİTİNİ 100% ETDİ. Yəni, Bolkart kredit kart sahibləri kart balansının 100%-ni nağdlaşdıra biləcəklər.
-60 GÜNƏDƏK GÜZƏŞT MÜDDƏTİ:
Bank, müştərilərinin sevdiyi üstünlüklərdən biri olan güzəşt müddətini 45 gündən 60 günə qaldırdı. Belə ki, indi Bolkart kredit kart sahibləri istifadə etdikləri məbləği 60 günədək faizsiz ödəyə biləcəklər.
-30.000 AZN-dək kart limiti:
Bol-bol alış-veriş etmək istəyən müştərilər üçün Bolkart kredit kartı üzrə maksimal məbləğ limiti 30.000 AZN-dək artırılmışdır.
Belə ki, müştərilər Bolkart klassik kredit kartını 10.000 AZN-dək, Bolkart Gold kartını 15.000 AZN-dək, Bolkart Diamond kartını isə 30.000 AZN-dək limitlə əldə edə bilərlər.
-İllik xidmət haqqı – 0 AZN:
Bank of Baku Bolkart kredit kartları üzrə illik xidmət haqqını da ləğv etdi. Belə ki, Bolkart kredit kartı əldə edən müştərilər, kartın illik xidmət haqqından azad olunaraq kartı pulsuz əldə edəcəklər.
Qeyd edək ki, Bolkart Gold və Bolkart Diamond kredit kartlarını sadəcə kartın dəyərini birdəfəlik ödəyərək, illik xidmət haqqı olmadan əldə edə bilərlər.
Bolkart kredit kartlarının üstünlükləri bununla bitmir. Bolkartla alış-veriş edən müştərilər xərclədikləri və nağdlaşdırdıqları məbləği 24 ayadək hissə-hissə ödəyə bilərlər. Üstəlik, hər ödənişdə KEŞBEK qazanacaqlar.
Belə sərfəli şərtlər və möhtəşəm üstünlüklərə sahib Bolkart kredit kartını əldə etmək istəyənlər bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan-(+99450)447-00-55 müraciət edə və ya onlayn kart sifarişi (http://bolkart.az/az/card-order) bölməsindən sifariş yerləşdirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
-
- 33 d. əvvəl
-
44 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Ən çox oxunanlar
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə






















