Beynəlxalq Valyuta Fondu 2023-cü il üzrə qlobal iqtisadi artım proqnozunu pisləşdirib
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal ümumi daxili məhsulun (ÜDM) bu il 3,2%, 2023-cü ildə isə 2,7% artacağını gözləyir.
Marja xəbər verir ki, bu, təşkilatın qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair çərşənbə axşamı açıqladığı oktyabr hesabatından bildirilir.
Fond 2023-cü ildə qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu iyul ayı proqnozu ilə müqayisədə 0,2 faiz bəndi pisləşdirib və 2022-ci ilin rəqəmini isə dəyişməz saxlayıb.
Hesabat müəlliflərinin fikrincə, bu il iqtisadi artım tempi ötən ilki 6%-lə müqayisədə xeyli aşağı düşəcək. Fondun baş iqtisadçısı Pierre-Olivier Gourinsha bildirib ki, qlobal iqtisadiyyat üç güclü amilin yaratdığı ciddi problemlərlə üzləşməkdə davam edir. Onun sözlərinə görə, həmin amillər - Rusiyanın Ukraynadakı hərbi əməliyyatı, artan inflyasiya təzyiqləri və koronavirus pandemiyası səbəbindən "Çində yavaşlamadır.
“Son proqnozlarımıza görə, 2022-ci ildə qlobal artım dəyişməz olaraq 3,2% təşkil edəcək, 2023-cü ildə isə 2,7%-ə qədər yavaşlayacaq ki, bu da iyul proqnozundan 0,2 faiz bəndi azdır",- Pierre-Olivier Gourinsha bildirib.
Hesabatda qeyd edilib ki, aşağı yönlü risklər yüksək olaraq qalır və bahalaşma böhranını həll etmək üçün siyasət qərarları getdikcə mürəkkəbləşir.
Beynəlxalq Valyuta Fondu ABŞ ÜDM-nin 2022-ci ildə 1,6% artacağını, 2023-cü ildə isə 1% artım olacağını gözləyir. Fond bu il ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozunu iyul ayı təxminləri ilə müqayisədə 0,7 faiz bəndi pisləşdirib, gələn il üçün proqnoz dəyişməz qalıb.
BVF Avrozona iqtisadiyyatında 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 0,5% artım olacağını gözləyir. Fond bu il Avrozona iqtisadiyyatının artımı üzrə proqnozunu iyul ayı üzrə proqnozları ilə müqayisədə 0,5 faiz bəndi yaxşılaşdırsa da, gələn il üçün proqnozunu 0,7 faiz bəndi pisləşdirib.
Beynəlxalq Valyuta Fondu COVID-19-un yayılması ilə əlaqədar olaraq hakimiyyət orqanları tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər fonunda Çin iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunu 0,1 faiz bəndi aşağı salaraq 3,2%-ə endirib. Fondun mütəxəssisləri gələn il üçün Çinin ÜDM artımı ilə bağlı iyul ayı proqnozunu 0,2 faiz bəndi azaldaraq 4,4%-ə endiriblər.
BVF qlobal inflyasiyanın gözləniləndən daha uzun müddət yüksək qalacağını bildirib
Dünyada inflyasiya əvvəllər düşünüldüyündən daha uzun müddət yüksək qalacaq. Bu barədə də Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir.
"Biz qlobal inflyasiyanın 2022-ci ilin sonunda zirvəyə çatacağını gözləyirik, lakin 2024-cü ilə qədər 4,1%-ə düşərək, əvvəllər gözləniləndən daha uzun müddət yüksək qalacaq. Məlumatlara görə, bu il dünyada istehlak mallarının qiymətlərinin artımı orta hesabla 8,8%, gələn il isə 6,5% təşkil edəcək. Bu, iyul ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,5 və 0,8 faiz bəndi çoxdur",- hesabatda bildirilir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 d. əvvəl
İnternet provayderləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir
-
4 d. əvvəl
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
-
- 23 d. əvvəl
-
26 d. əvvəl
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
- 28 d. əvvəl
-
58 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
13 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib





























