İlon Maskdan Twitter-ə yeni təklif
Tesla və SpaceX şirkətlərinin baş direktoru İlon Maskın məhkəmədə olduğu sosial media şirkəti Twitter üçün yenidən təklif təqdim etdiyi və təklifində səhm başına 54,2 dollarlıq qiyməti dəyişmədiyi bildirilir.Sahibkar İlon Mask (Elon Mask) Twitter-in hər bir səhmini 54,20 dollardan alınmasını nəzərdə tutan təklifini yenidən şirkətə göndərib. Təklifdə qiymət dəyişikliyi edilməyib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg məlumat yayıb .
Məlumata görə, təklif Twitter şirkətinə məktub şəklində göndərilib. Digər təfərrüatlar açıqlanmır.
Nyu-York Fond Birjasının məlumatlarına görə, Twitter səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb.
Aprel ayında Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyi açıqlanmışdı. May ayında sahibkar şirkətdən saxta hesablar barədə məlumat almağa çalışdığını bildirmişdi. Ona belə bir məlumat verilməmişdir. Bundan sonra iyulun əvvəlində Maskın vəkilləri şirkətə onun satın almaqdan imtina etməsi barədə məlumat veriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
34 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 37 d. əvvəl
-
-
42 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
47 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb































