"ABŞ-dakı tənəzzülə görə ölkələr Vaşinqtonun köməyinə arxalanmamalıdır"
Bir çox ölkələr ABŞ-da artan tənəzzül səbəbindən ortamüddətli perspektivdə Amerikanın maliyyə yardımına ümid etməməlidir.
Marja xəbər verir ki, bu fikri müsahibəsində Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak deyib.
“ABŞ-da daxili tənəzzülün artıq başladığına görə, ortamüddətli perspektivdə bir çox ölkələr ABŞ-ın investisiyalarına, maliyyə yardımlarına və ya qrantlarına etibar etməməlidirlər, onların məbləği çox əhəmiyyətli dərəcədə azalacaq”, - Şostak bildirib.
Amerikalı investor hesab edir ki, bu şəraitdə ölkələr alternativ borclanma mənbələri, birbaşa investisiyalar, həmçinin dollar risklərini azaldan qarşılıqlı hesablaşmalar üçün etibarlı mexanizmlər axtarırlar:
“Belə cəlbedici kreditorlar və investorlar arasında indi, şübhəsiz ki, ilk növbədə, Çin, Hindistan, Körfəzi ölkələri və Səudiyyə Ərəbistanı var".
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED, Mərkəzi Bank) rəhbəri Cerom Pauel sentyabrın 21-də bildirib ki, FED ölkədə inflyasiyanın daha da artması risklərini aradan qaldırır. Onun sözlərinə görə, FED baza faiz dərəcəsini müəyyən səviyyəyədək yüksəltmək, sonra isə ölkədə inflyasiya 2%-ə enənə qədər bu vəziyyəti saxlamaq niyyətindədir. FED baza faiz dərəcəsini ardıcıl üçüncü dəfə 0,75 faiz bəndi artıraraq 3-3,25%-ə çatdırıb. Eyni zamanda, tənzimləyici ABŞ-ın növbəti üç il üçün ÜDM artımı ilə bağlı proqnozunu pisləşdirib. Belə ki, tənzimləyicinin fikrincə, bu il ölkədə ÜDM-in artımı iyunda proqnozlaşdırılan 1,7% əvəzinə 0,2%-ə qədər azalacaq. 2023-cü il üçün proqnoz da pisləşib - 1,7%-dən 1,2%-ə, 2024-cü il üçün 1,9%-dən 1,7%-ə. 2025-ci il üçün FED ölkənin ÜDM-nin 1,8% artacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 30 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
Ən çox oxunanlar
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi



















