Putin: "Avropalılar buna görə Türkiyəyə minnətdar olmalıdırlar"
Putin “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb. Rusiya prezidenti əlavə edib ki, avropalı tərəfdaşlar qaz kəmərinin fasiləsiz işləməsinə görə Türkiyəyə minnətdar olmalıdırlar.Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb.
“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri Türkiyə prezidenti ilə görüşü açaraq deyib.
Putin əlavə edib ki, “Türk axını” problemsiz işləyir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar.
“Türk axını” bizim karbohidrogenlərin tədarükü üçün bütün digər istiqamətlərdən fərqli olaraq, düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir” deyən Putin, təkcə Türkiyədəki istehlakçılar üçün deyil, həm də Avropadakı istehlakçılar üçün tədarük nəzərdə tutduğunu qeyd edib.
“Məncə, Avropalı tərəfdaşlar. qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır”, - Rusiya dövlətinin başçısı vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
-
5 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
16 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Ən çox oxunanlar
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb












.jpg)






