Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib
Baş Prokurorluq “Avto-Garant” ASC ilə bağlı iddialara münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən Marja-ya daxil olan məlumatda deyilir:
"Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin 2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması və əsassız qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılıb.
Bununla əlaqədar bildiririk ki, Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, tərəflər arasında müxtəlif vaxtlarda göstərilən xüsusatlar üzrə mübahisələrə mülki mühakimə qaydasında qarşılıqlı iddia tələblərinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müvafiq qərarlar qəbul edilib, həmçinin göstərilən məsələlərlə bağlı məhkəmə baxışları zamanı hər hansı cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilməyib.
Araşdırma zamanı qeyd edilən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq və müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına görə Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Göstərilənlər barədə Nazim Bəydəmirliyə və digər maraqlı şəxslərə dəfələrlə məlumatlar verilib və qanunvericiliyin tələblərinə əsasən hüquqları izah edilib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)







.jpg)




