Tender qaydalarını pozan şirkətə 25 milyon manatlıq sifariş verilib
Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi yolların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Vahid dövlət elektron satınalmalar portalında verilən məlumata görə, tenderin qalibi "Şabran-D" MMC seçilib və şirkətlə 25,5 milyon manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2022-ci ilin sonuna kimi Şabran şəhərində 18 küçədə yollara asvalt döşənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Mehdi Balabəyov arasında 2019-cu ildə ciddi maliyyə konflikti, 227 min manatlıq məhkəmə mübahisəsi yaranmışdı.
Cəlal Bədəlov mediaya açıqlamasında, həm də hüquq-mühafizə orqanlarına müraciətində Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştiraka razılıq almaq məqsədi ilə Mehdi Balabəyova 227 min manat verdiyini, amma tenderdə uğurlu nəticə əldə etmədiyini açıqlamışdı.
Başqa sözlə, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlov tenderlərdə iştirakla bağlı qaydaları pozduğunu etiraf etmişdi.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun ixtisas tələblərinə dair 6-cı maddəsinə əsasən, tender qaydalarını pozan şəxslər 5 il müddətində satınalmalardan kənarlaşdırıla bilər.

İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)


