Kamaləddin Qafarov: “Azərbaycanın beynəlxalq sahədə uğurları getdikcə artır”
“Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də keçirilmiş, cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nailiyyətlərə dair ətraflı açıqlamalar verilib. Dövlət başçısı öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, bu dövrdə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi ilk növbədə qeyd olunmalıdır. Azərbaycanın bu mötəbər təşkilata sədrliyinin 2023-cü ilin sonuna qədər yekdil qərarla uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış, Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan inam daha da yüksəlmişdir.”
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili Azərbaycanın digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa davam etdiyini vurğulayaraq deyib:
“Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq müstəvidə bir çox təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə fəal tərəfdaşlıq münasibətləri də sürətli inkişafdadır. Öz çıxışında dövlət başçımız bir anonsu da diqqətə çatdırdı ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı daha bir önəmli sənəd imzalanacaq və bu, Avropa İttifaqı – Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır.”
K.Qafarov Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyin ümumilikdə regional inkişafı ləngitdiyini qeyd edib. Deputat bildirib ki, Ermənistan hökumətinin 10 noyabr Bəyannaməsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtdir:
“Aydındır ki, bu gün Cənubi Qafqazda gedən proseslərin əsas istiqamətinə təsir edə biləcək vacib amillərdən biri də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsidir. İki ölkə arasında münasibətlərin hansı səviyyədə olması ümumi regionda yaranacaq ictimai-siyasi vəziyyət və inkişaf göstəricilərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın mövqeyi tamamilə birmənalıdır və hər kəsə açıqdır. Azərbaycan sülh və inkişaf tərəfdarıdır. Təəssüflər olsun ki, bu sözləri Ermənistan haqqında hələ də demək olmur. Əlbəttə, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində indiyədək müəyyən addımlar atılıb. Lakin Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, hələlik real nəticələr yoxdur. Ermənistan hələ də imzaladığı 10 noyabr Üçtərəfli Bəyannamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Məsələn, bu öhdəliklərdən biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlıdır. Lakin hərbi əməliyyatların başa çatmasında 1 il 8 ay keçsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Bu problem Cənubi Qafqazda sülhə ciddi təhdiddir.Azərbaycan qalib ölkə olaraq belə bir vəziyyətə, öz suveren ərazilərində erməni silahlı birləşmələrinin mövcudluğuna uzun zaman dözə bilməz. Ermənistanın yerinə yetirməli olduğu vacib öhdəliklərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Maraqlıdır, qalib Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əsasən Laçın yolunun işləməsini təmin edib və hətta bu marşrutun təhlükəsizliyinə də zəmanət verib, məğlub Ermənistan isə hələ də Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Bu məsələ də tezliklə öz həllini tapmalıdır və bu nə qədər tez baş verərsə, Ermənistanın özü üçün də daha yaxşı olar. Azərbaycan artıq özünün haqqı olanı almaq iqtidarında olan bir ölkə olduğunu sübut edib və proqressiv prosesləri əngəlləmək, növbəti qarşıdurmalara aparan siyasət yürütmək meylləri Ermənistana baha başa gələ bilər”.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat sonra
- 28 d. əvvəl
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
2 saat əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
2 saat əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ən çox oxunanlar
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb





.jpg)
.jpg)





.jpg)




