İZİA-nın Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi 2022-2023-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.
-Veb dizayner və proqram təminatçısı (ödənişli əsaslarla, 1 illik);
-Qrafik dizayner (ödənişli əsaslarla, 1 illik);
-Torna və frezer dəzgahlarının operatoru (dövlət hesabına, 1illik);
-Aqroservis mütəxəssisi (dövlət hesabına, 1 illik);
-Avtomatika üzrə usta (dövlət hesabına, 1 illik);
-Sənayedə quraşdırma işləri üzrə usta (dövlət hesabına, 1 illik);
-Proqramla idarə olunan dəzgahların operatoru (dövlət hesabına, 1 illik);
-Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru (dövlət hesabına, 1 illik);
-İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına, 1 illik);
-Mexaniki yığma işləri üzrə çilingər (dövlət hesabına, 1 illik);
-Elektronika ustası (dövlət hesabına, 1 illik);
-Kompüter sistemlərində proqramlaşdırma (dövlət hesabına, 3 illik);
-Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı (dövlət hesabına, 4 illik);
-Proqramla idarə edilən sənaye avadanlıqlarının quraşdırılması və istismarı (dövlət hesabına, 4 illik);
4 illik yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edəcəklər.
Qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.
Sənədlərin qəbulu 18 iyul saat 11:00-dan 31 avqust saat 18:00-dək həyata keçiriləcək. Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Elektron müraciət sistemi (https://bit.ly/3IHcAPH) və ya Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat üçün telefonlar: (051) 277-37-56, (051) 205-97-54
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib



























