Milli Marketinq Forumunun ilk günü yekunlaşıb!
Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru Azerlotereyanın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright İnternational” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə Milli marketinq Forumunun ilk günü uğurla başa çatıb.
Tədbir Azərbaycan Dövlət Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Milli Marketinq Forumunun təşkilati komanda üzvü Rafiq Hunaltay açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.
Tədbirin ilk günü “Milli Keyslər”, “Data və İstehlakçı davranışı”, “Media və Reklam” panellərinə həsr olunub. “Milli keyslər” paneli "Sağlam Ailə" klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutub. Panel çərçivəsində “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının Üzvü, "Oba" Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının Həmtəsisçisi və Prezidenti Vasif Eyvazzadə öz təcrübələrini paylaşıblar. Panel zamanı Milli brendləşmənin meyarları və əhəmiyyəti vurğulanıb.
“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə “Data və İstehlakçı davranışı” panelində Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula və və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker qismində çıxış ediblər.
Sonuncu panel olan “Media və Reklam” paneli Marketinq Peşəkarları Birliyi, Brendinq və Kommunikasiya üzrə müstəqil məsləhətçi Elnur Nurəlinin moderatorluğu ilə baş tutub. ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Mahir, "Azad Azərbaycan" televiziyasının İcraçı direktoru İsmayıl Həsənov, “Starcom” şirkətinin direktoru Ziya Yusifov və Vostok TV-nin vitse-prezidenti, eyni zamanda Beylimedia şirkətinin təsisçisi Şəhriyar İmanbəyli ölkəmizdə media və reklamın rolundan, Azərbaycanda reklam dünyasının hazırki vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Panellərdən sonra iştirakçıların ünvanladığı suallar spikerlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Milli Marketinq Forumu bu gün II günü ilə davam edir.
Forumdan fotoları təqdim edirik.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
5 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır







.jpg)







.jpg)



